Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özlərini "azərbaycanlı" kimi təqdim edən ermənilər sosial şəbəkələrdə dezinformasiya yayırlar

Özlərini "azərbaycanlı" kimi təqdim edən ermənilər sosial şəbəkələrdə dezinformasiya yayırlar
Ermənistanın Milli Təhlükəsizlik və Müdafiə nazirliklərinin xüsusi qrupları dünəndən etibarən Facebook-da xüsusi fəallıq göstərirlər... 

Yüzlərlə profildə Tovuz bölgəsindəki əməliyyatdan yazılır, aşkar dezinformasiya, feyk məlumatlar yayılır. Təxminən, 350 profil isə Azərbaycan dilində paylaşımlar edir.

Diqqətli olaq, çox hiyləgər və məkrli düşmənlə üz-ühəyik. Ermənilər erməni, rus, ingilis, alman, fars və fransız dilləri ilə yanaşı, dilimizdə də paylaşımlar edirlər.

Özlərini "Facebook" və "Twitter"də "azərbaycanlı" kimi təqdim edən ermənilər səlis Azərbaycan dilində yazırlar.

Ermənilərin Azərbaycan dilindəki profillərdə refren kimi təkrarladıqları əsas fikirlər "Şəhidlərin qanı yerdə qalır", "Azərbaycan rəhbərliyi sosial gərginliyin artmasından çəkilərək cəbhədə bu insidenti yaratdı" kimidir.

Həmin profillərin əksəriyyəti İrəvan Dövlət Universitetinin türkologiya kafedrasının nəzdində yaradılmış "Azərbaycan dilinin öyrənilməsi" qrupunun üzvlərinə məxsus olsa da, 63 profil Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının kurasiyasındadır.

Sadəcə, bir faktı qeyd edim: İrəvan Dövlət Universitetininq müəllimi, türkoloq Ruben Melkonyanın başçılıq etdiyi "Azərbaycan dilinin öyrənilməsi" qrupunda dərslər 6 ay davam edir. Kursun dəyəri 300 dollardır.

Kursu bitirən şəxs 5 ay sosial şəbəkələrdə özünü azərbaycanlı kimi təqdim edərək aktiv fəaliyyət göstərərsə, onun ödədiyi pul geri qaytarılır.

Aldanmayaq, düşmən oyunlarına alət olmayaq.

Ermənilər bizə qarşı genişmiqyaslı informasiya savaşı da aparırlar və həmin savaşın önəmli qismi sosial şəbəkələrdir.

Ermənistanın yeni "Milli Təhlükəsizlik Strategiyası"nda da Azərbaycana qarşı informasiya savaşına xüsusi yer ayrılıb.40 səhifəlik, 6 fəsildən ibartə strategiyaya 18 səhifəlik məxfi əlavədə bu barədə aşkar deyilir.(demokrat.az)

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar