Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqatalada əsgərimizin boğulması: Faciə necə baş verib? - Video 

12 iyul tarixində mərhum əsgər Fərdi Yarəliyevin atası və yaxın qohumları onun xidmət etdiyi sərhəd zastavasına səfər ediblər... 

PİA.az azvision.az-a istinadən xəbər verir ki, mərhum əsgərin yaxınları onun ölüm hadisəsinin baş verdiyi çay kənarında olub, şahidlər və mərhumun əsgər yoldaşları ilə görüşüb, hadisənin təfərrüatlarını öyrəniblər.

Əsgər Fərdi Yarəliyevin üzmək üçün çaya daxil olmasının bilavasitə şahidi olmuş və təhlükəli olduğuna görə, onu bu hərəkətdən çəkindirməyə çalışmış Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini onlara danışıb.

Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub.

Bundan əlavə, məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib.

Zaqatala hərbi prokuroru Surxay Hüseynov da onlarla görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.

Keçirilmiş görüşlər və aparılmış söhbətlər nəticəsində mərhum əsgərin ölümü ilə əlaqədar müxtəlif KİV-lərdə və sosial mediada yayılmış əsassız ittihamların tam qərəzli və həqiqətə zidd olması bir daha öz təsdiqini tapıb.

piaaz

 


Etiket: Əsgər


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Deputatları, naziri şantaj edir, hər kəsi baqaja qoyur - Jurnalistlərdən Elmira Axundovaya cavab

Vladimir Putinin andiçmə mərasimi başladı - Video

Vəzifəsindən azad edilən keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bu çayların xərçəng yaratdığı - sübut edildi

Azərbaycanda məktəblilər arasında dava: Ölən var  

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Ən çox oxunanalar