Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusu ermənilərin daha bir postunu ələ keçirdi - Foto

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb...

Xəbər verdiyimiz kimi, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi və əks-həmlələri nəticəsində Ermənistan ordusunun hücum cəhdinin qarşısı alınıb.

Tovuzdan olan jurnalist Siyavuş Əmirli isə Azərbaycan Ordusunun ermənilərin daha bir postunu ələ keçirdiyini bildirib: "Daha bir sevindirici xəbər .Tovuz rayonu istiqamətində düşmənə ağır zərbələr endirən Azərbaycan ordusu Tavuş rayonunun Movses kəndi ərazisində Ermənilərin daha bir postunu ələ kecirdib. Movses kəndi Tovuzun Əlibəyli kəndi ilə həmsərhəddir. Yaşa mənim ordum!"

Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Ermənistan mediasında və sosial şəbəkələrdə yer alan məlumatlarda isə Azərbaycan Ordusu tərəfindən 31 erməni hərbçisinin məhv edildiyi yazılıb. Onlardan 7-nin zabit olduğu deyilir. (pravda.az)

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Ən çox oxunanalar