Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib...
PİA.az xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.
Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan 9 yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və 8 yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.
Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, yralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib. (APA)
pia.az