Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputatın diplomat kürəkəni ABŞ-a qaçıb? - İddia

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat Səttar Möhbalıyevin kürəkəni Rəşad Eyvazovun ABŞ-a qaçması ilə bağlı xəbərlər yayılıb...

PİA.az-ın elektron poçtuna daxil olan məlumata görə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı Azərbaycan Baş Konsulluğunda vəzifə daşıyan Rəşad Eyvazov ABŞ-a qaçıb. Qeyd edək ki, xəbərin səhihliyi təsdiqlənməyib.

Daxil olan məlumata görə Səttar Möhbalıyevin qızı Nigar Eyvazova ilə evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq İstanbuldan ABŞ-a sevgilisi ilə qaçıb.

İddia olunur ki, Rəşad Eyvazov Möhbalıyevlər ailəsinə aid 3 mln ABŞ dollarını da özüylə götürüb.

Məlumatda qeyd olunur ki, Möhbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon dollar olaraq qiymətləndirilir. Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki bizneslərə Səttar Möhbalıyevin həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR Türkiyənin əməkdaşıdır.

Xatırladaq ki, bu ilin aprel ayında araşdırmaçı jurnalist Cavanşir Həsənli Səttar Mehbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyevanın 2011-ci il noyabrın 21-də Türkiyədə təsis edilmiş SAT TURİZM DIŞ TİCARET LİMİTED ŞİRKETİnin əsas təsisçis olması ilə bağlı məlumat yaymışdı. Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 2009-cu ildə 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı adlı şəxs olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb.

Qeyd edək ki, Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O 27 ildən bəridir ki, Konfederasiyanın toxunulmaz sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar