Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mərkəz direktoru: "İyulun 18-dək daşqın və sel olacağı ehtimalı var"

Ötən gün ərzində ölkə ərazisində yağan yağışlar nəticəsində Kiçik Qafqaz dağlarından axan Zəyəmçay, Kürəkçay və Dəstəhöçay çaylarında  sululuğun artması müşahidə edilib...

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin verdiyi məlumata görə, Gəncəçayın sol qolu olan Dəstəhöçay çayında sel hadisəsi qeydə alınıb.

Böyük Qafqazın cənub yamacından axan Əyriçay, Şişçay çaylarında da sululuğun artımı müşahidə edilib, Əyriçay çayında isə sel hadisəsi qeydə alınıb. Həmin çaylar birbaşa Qanıx çayına töküldüyü üçün Qanıx çayında da sululuğun artımı baş verib: “Uzun müddət baş verən quraqlıqdan sonra yağışların yağması dağ çaylarında sululuğun artmasına səbəb olmuşdur ki, bu da nisbətən də olsa Kür və Qanıx çaylarında öz təsirini göstərib. Gələn həftə də, iyulun 18-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir ki, nəticədə çaylarda yenidən sululuğun artacağı, bəzi dağ çaylarından qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur”. (APA)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Ən çox oxunanalar