Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yolu Bakıdan keçən marşal – Stalinin dostu, SSRİ-nin ən uğursuz hərbçisi və ən şanslı naziri 

O, SSRİ-nin 70 il mövcud olduğu dövrün 40 ilində ən yüksək vəzifə kürsülərinə sahiblik edib, 1935-ci ildə marşal rütbəsi təsis ediləndə bu ali rütbəni alan ilk beş nəfərdən biri də məhz Kliment Voroşilov olub...

On beş il hərbi nazir vəzifəsini daşıyan Voroşilovun heç bir ali təhsili olmayıb. 1930-cu illərdə ölkədə universitetlər, akademiyalar yaradılanda, Siyasi Büroda yüksək vəzifəli hərbçilərin təhsil alması müzakirəyə çıxarılarkən Kliment Voroşilov İosif Stalinə müraciət edib:

- Koba, məni nə vaxt oxumağa göndərəcəksən?

Stalin bu suala təbəssümlə cavab verib:

- Heç vaxt, sənin oxumağına ehtiyac yoxdur.

Voroşilov Stalinə məhz “sən” və “Koba” deyərək müraciət edib. Onların arasında dostluq münasibətləri hələ inqilabdan əvvəlki illərdə yaranıb. 1900-cü illərin əvvələrindən Voroşilov inqilabi hərəkata qoşulub, “Volodin” təxəllüsü ilə Luqanskda, Petroqradda və Bakıda gizli partiya fəaliyyəti ilə məşğul olub.

Vətəndaş müharibəsinin ən fəal iştirakçılarından olan Voroşilov 1918-1920-ci illərdə 10-cu ordunun komandanı, cənub cəbhəsi hərbi şurasının üzvü, bir neçə ay Ukrayna daxili işlər komissarı, Xarkov hərbi dairəsinin komandanı vəzifələrində işləyib.

Qatı Stalinçi kimi tanınan Voroşilov 1925-ci ildə SSRİ-nin hərbi naziri təyin edilib. Onun bu quruma 15 illik rəhbərlik dövrü hərbi araşdırmaçılar tərəfindən ordu quruculuğunda heç də uğurlu bir dövr kimi qiymətləndirlməyib.

1939-1940-cı illərdə sovet-fin müharibəsində ən uğursuz hərbi əməliyyat Voroşilovun adı ilə bağlı olub. Sovet-alman müharibəsi zamanı Dövlət Müdafiə Komitəsinin üzvü olan Voroşilov şimal-qərb cəbhəsinə komandanlıq edib. Məhz onun səriştəsizliyi ucbatından Leninqrad alman qoşunları tərəfindən mühasirəyə düşüb. Vəziyyətin son dərəcə gərgin və mürəkkəb olduğunu anlayan İosif Stalin Georgi Jukovu Leninqrada göndərərək Voroşilovu geriyə, Moskvaya çağırıb.

Əslində Voroşilovu şimal-qərb cəbhəsindəki uğursuzluğa görə ən ağır cəza gözləyib, Kreml məmurları onun hərbi kollegiya tərəfindən güllələnəcəyi haqqında hökmün çıxarılacağını düşünüb. Amma hər şey əksinə olub. Stalin köhnə dostluğu unutmayıb. Qeyd edək ki, Voroşilov yeganə şəxs olub ki, buraxdığı səhvlərə görə Stalin tərəfindən bir-neçə dəfə bağışlanıb.
Təbii ki, Stalinin marşala bu cür münasibəti səbəbsiz olmayıb. Voroşilov öz sədaqəti ilə Stalini ovsunlaya bilib, onun ən güclü təbliğatçısına çevrilib. Stalin repressiyaları zamanı Voroşilov çox vaxt könüllü olaraq illərlə tanıdığı, ailə dostu olduğu insanları çox asanlıqla güdaza verib. Müntəzəm olaraq orduda xidmət edən yüksək çinli hərbçilərin siyahısını Yejovun “repressiya aparatına” göndərib. Siyahılarda marşal Rokossovskinin adı da əks olunub. Bu məsələdə onun üçün əsas meyar yalnız Stalinin xoşuna gəlmək, rəhbərin “sevimli kadr”na çevrilmək prinsipi əsas tutulub.

Voroşilovu digərlərindən fərqləndirən cəhətlərindən biri cəlbedici nitqi, insan kütlələrini inandırmaq bacarığı, xoş ünsiyyət yaratmaqla nüfuz qazanmağı olub. O, xalq arasında böyük populyarlığı ilə özünü sevdirməyi bacarıb.

Kremldaxili oyunlardan həmişə qalib çıxan Voroşilov Stalinin vəfatından sonra da mövqelərini qoruya bilib. Vaxtilə Stalinin ən yaxın silahdaşı olan marşal Xruşovun da ürəyinə yol tapıb və 1953-cü ildə o, Nikita Xruşovun təşəbbüsü ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsinə seçilib.

Xruşovu ələ alaraq hakimiyyətin ən yüksək eşalonunda təmsil olunan Kliment Voroşilov 1957-ci ildə sonralar “antipartiya qrupu” adlanan Vyaçeslav Molotov, Gorgi Malenkov, Lazar Kaqanoviçə dəstək verərək saray çevrilişinə cəhd edənlərin fəallarından birinə çevrilib. Şanslı marşalın bu dəfə də bəxti gətirib. Hakimiyyəti əldə saxlaya bilən Xruşov Voroşilovu bu xəyanətinə görə vəzifəsindən uzaqlaşdırmayıb. Amma sözsüz ki, onunla vidalaşmağa məqam gözləyib.

Xruşovun oğlu Sergey Xruşov öz xatirələrində bu haqda yazıb:

“Atamla Voroşilovun arasındakı münasibətlər çox da səmimi olmayıb. Voroşilov hakim dairələrdə olduğu bütün dövrlərdə qisas hissi ilə yaşayıb. O, vəzifədə qalmağı üçün ən yaxın silahdaşlarını belə güdaza verməyə hazır olub. Uzun illər orduda birgə xidmət etdiyi Konstantin Rokossovski haqqında Stalinə yazdığı məktub bu gün də arxivlərdə saxlanılır. Bu qısqanclıqdan irəli gəlib. Voroşilov Stalinin yanında yalnız özünü görmək istəyib. Atam yeni siyasi konfliktlərin yaranmaması üçün Voroşilovu SSRİ Ali Soveti Rəyasət Heyətinə sədr vəzifəsinə seçdirmişdi. Əslində onun bu vəzifədəki səlahiyyətləri məhdudlaşdırılmışdı və özü də bunu bilirdi və deyirdi ki, mən heç bir səlahiyyətə malik olmayan SSRİ-nin fəxri prezidentiyəm. İranın SSRİ-dəki səfiri ilə görüşündən sonra isə atam onunla konkret danışıb və artıq getmək vaxtının olduğunu bildirib. Belə ki, bu görüş zamanı Voroşilovun səfirə “siz nə qədər bu şahla (İran şahı nəzərdə tutulur) işləyəcəksiniz, nə qədər ona dözəcəksiniz” deməsi atamı qəzəbləndirib. Görüşdən sonra atamın onunla ciddi söhbəti olub. “Sənin bu cür danışıqların yeni müharibələr yaradacaq, sən artıq getməlisən” deyərək fikrini bildirib...”

Bununla da, 1960-cı ilin may ayında 80 yaşlı Kliment Voroşilov SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilib. Uzunömürlü marşal 1969-cu ildə 89 yaşında vəfat edib. Onun nəşi yandırılaraq Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

İlham Cəmiloğlu, Musavat.com

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar