Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda ilginc əməliyyatın təfərrüatı- İrandan narkotiki gətirən kimlər olub?

İrandan Azərbaycana göndərilən narkotiki götürüb satmaq istəyən şəxslər iş başında yaxalanıblar. Məhkəmə onlar barəsində ağır cəza təyin edib. Maraqlıdır ki, narkotiki Azərbaycana gətirən şəxslərin kimliyi məlum deyil... 

Musavat.com xəbər verir ki, iki dost Əlvan Sadıqov və Taleh Əlizadə İrandan göndərilən narkotiki 1000 manat qarşılığında başqa şəxslərə çatdırmalı imiş. Amma onlar iş başında polislər tərəfindən saxlanılıb.

İttihama görə dəstənin istintaqla müəyyən edilməmiş İrandakı üzvləri Azərbaycana 88 qram heroin və 112 qram metamfetamini gömrük nəzarətindən kənar keçirməklə gətiriblər.

Sonra Biləsuvar rayonu Muğan kəndi ərazisində, Biləsuvar-İran-Gömrük yolunun "Muğan" sözü yazılmış lövhənin yanında gizlədiblər.

Cinayətkar qrupun İrandakı üzvü Əlvan Sadıqova zəng edərək narkotiki götürüb Bakıya aparmasını istəyib. Bunun qarşılığında ona 1000 manat pul verəcəyini deyib. Əlvan da Taleh Əlizadəyə zəng edərək kömək etməyini, birlikdə Bakıya getmələrini istəyib. Deyib ki, pulun yarısını ona verəcək.

Dostlar deyilən ünvana gedib narkotiki götürən zaman Biləsuvar Rayon Polis Şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında saxlanılıblar.

İşin maraqlı tərəfi budur ki, narkotiki İrandan gətirən və gizlənən şəxs müəyyən edilməyib. Həmin şəxsin narkotiki gətirib "Muğan" sözünün altında gizlətdikdən sonra İrana qaçması ehtimal edilir.

Qeyd edilən əmələ görə Əlvan Sadıqova qaçaqmalçılıq, külli miqdarda narkotik vasitələrin əldə edilməsi və satışı kimi ittihamlar irəli sürülüb.

Taleh Əlizadə də eyni maddələrlə təqsirli bilinib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əlvan Sadıqova bu əməllərinə görə 7 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edib.

Taleh Əlizadənin isə qaçaqmalçılıq suçu sübuta yetirilmədiyi üçün bu maddə ilə bəraət verilib. Ona külli miqdarda narkotik maddə əldə etmə və satma ittihamı ilə 6 il cəza kəsilib.

Hər iki şəxs apellyasiya şikayəti verib. Taleh Əlizadə barəsində bəraət hökmü çıxarılmasını istəyir. O, bu hadisədən xəbəri olmadığını deyir. Sadəcə Əlvanın istəyi ilə taksi sürücüsü kimi onu hadisə yerinə aparıb. Əlvan Sadıqov isə şikayətində ona ağır cəza təyin edildiyini deyib və cəzasının yüngülləşdirilməsini xahiş edib. Hər iki şəxs ibtidai istintaq zamanı təzyiqlərə məruz qaldığını, məcburi sənədləri imzaladıqlarını deyiblər. Apellyasiya Məhkəməsində prokuror isə hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edib.

Məhkəmə Əlvan Sadıqovun şikayətini təmin etməyib. Taleh Əlizadənin cəzası isə 5 il 9 aya endirilib.

pia.az 


Etiket: Narkotik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar