Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qüdrət Həsənquliyev Azərbaycanda çevriliş barədə yayılan şaiyələrdən danışıb

BAXCP sədri də Sürət Hüseynovun fəallaşmasından sonra, guya Rusiyanın Azərbaycanda hansısa qüvvələri fəallaşdırdığı, Vilayət Eyvazovun çevriliş edəcəyi barədə yayılan şaiyələrin səbəbləri barədə danışıb...

“Onların qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur”

PİA.az-ın xəbərinə görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev “Xalq cəbhəsi” qəzetinə açıqlamasında son vaxtlar, xüsusilə də Sürət Hüseynovun fəallaşmasından sonra, guya Rusiyanın Azərbaycanda hansısa qüvvələri fəallaşdırdığı, Vilayət Eyvazovun çevriliş edəcəyi barədə yayılan şaiyələrin səbəbləri barədə danışıb.

Bu kimi şaiyələri yayanların əsasən ermənilər və onların xarici ölkələrdəki havadarları olduğunu deyən BAXCP sədri qeyd edib ki, onlar Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirəcəyindən qorxurlar və bunun qarşısını almaq üçün cəmiyyətdə çaşqınlıq yaradıb başımızı özümüzə qatmaq istəyirlər: “Bu informasiya müharibəsidir. Təəssüf ki, daxildə bu işdə onlara bilərəkdən və ya bilməyərəkdən kömək edən hakimiyyətə susamış, arzularına çatmaq üçün hər cür xəyanətə və şeytanla əməkdaşlığa belə hazır olan, nifrətin kor edib sağlam düşüncədən məhrum etdiyi insanlar da var. Onlar düşünürlər ki, bu üsulla ölkədə siyasi böhran yaradıb arzularına çata bilərlər. Gözəl anlayırlar ki, onların bu istəklərinin qarşısında ən böyük maneələrdən biri Vilayət Eyvazovdur və ona görə də mayası xəyanətdən yoğrulmuşlar sadəlöhvcəsinə düşünürlər ki, bu yolla ona qarşı etimadsızlıq yaradıb yolları üzərindən götürə bilərlər”.

Qüdrət Həsənquliyev Azərbaycanın 1993-cü ildəki kimi 2 yaşlı, ilk müstəqil addımlarını atan kövrək bir dövlət deyil, 29 yaşlı gənc bir dövlət olduğunu xatırladıb: “Bu dövlətin başında isə böyük idarəetmə təcrübəsi olan Prezident dayanır. Azərbaycanda dövlət və vətəndaş cəmiyyəti institutları artıq oturuşub və onlar ölkəni istənilən xəyanətdən qorumaq gücündədir. Ölkədə təhlükəsizliyə, ictimai asayişin qorunmasına, qanunun aliliyinin təmin edilməsinə cavabdeh olan dövlət orqanları hər hansı təxribatların qarşısını istənilən şəraitdə və şərtlər altında qətiyyətlə almaq gücündədirlər. Bundan başqa 1993-cü il dövlət çevrilişinin acılarını yaşamış xalqımız belə fikrə düşənləri heç zaman əhv etməz. Bunu Azərbaycanda marağı olan dövlətlər də yaxşı başa düşürlər. Rusiyadakı bəzi dairələr 2013-cü ilin Prezident seçkiləri zamanı ziyalı cildində ən "nüfuzlu" əlaltılarından olan Rüstəm İbrahimbəyovdan və onun yaratdığı “Milli Şura”dan Azərbaycana təzyiq məqsədilə siyasi təxribatlar törətmək üçün istifadə etmək fikrinə düşdü, amma çox tezliklə anladılar ki, heç nə alınan deyil və dövlətlərinin marağını təmin etməyin ən yaxşı yolu Azərbaycanın rəsmi hakimiyyəti ilə qarşılıqlı hörmətə söykənən əməkdaşlıqdır. Bundan sonra artıq istifadə olunmuş Rüstəm İbrahimbəyov və onun kimi bəziləri kənara tullanıldı. Tarixdə prezidentinə və dövlətinə xəyanət etmiş qiyamçı qara polkovnik kimi qalan Surət isə Rüstəm İbrahimbəyovdan 20 il əvvəl istifadə olunub və kənara atılıb. Ona görə də narahat olmamalı, amma ayıq-sayıq olmalıyıq. Dövlətimizin əbədi olması üçün tariximizi yaxşı öyrənməli, ondan dərs götürməliyik”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar