Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb” – Rəşad Mahmudov

“Cavid Paşayev hələlik EKMO cihazına qoşulmayıb”...

PİA.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov bildirib.

O qeyd edib ki, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Cavid Paşayevin səhhətində son günlərdə bütün müalicələrə baxmayaraq, pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə 2 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunub: “İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin, dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələ ki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib. Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görsənən “Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yaranabiləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri sizlərlə paylaşaq. EKMO cihazının istifadə olunub-olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcək. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcədə Facebook səhifəmizdən ictimaiyyətə məlumat veriləcək”. 

R. Mahmudov həmçinin qeyd edib ki, Cavid Paşayev timsalında bu gün yüzlərlə xəstə xəstəxanalarda müalicə olunur: “Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayağa qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzmlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam”.  

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar