Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nazirlikdən 190 manata qarpız alıb parçalayan şəxslə bağlı açıqlama

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial şəbəkələrdə yayılan videoda Binəqədi rayon sakini, 1997-ci il təvəllüdlü Quliyev Ruslan Yaşar oğlunun aldığı 190 manatlıq birdəfəlik ödəməni mənasız bir əyləncəyə sərf etməsi ilə bağlı məsələyə münasibət bildirib...

Nazirlikdən verilən məlumata görə, birdəfəlik ödəmə ilə bağlı müraciətlərə heç bir halda məmur-vətəndaş təması olmadan, onların mövcud yaşayış vəziyyətinin əyani müayinəsi aparılmadan, yalnız müxtəlif dövlət orqanlarının "e-informasiya" sistemlərindəki məlumatlar əsasında avtomatik şəraitdə baxılaraq qərar verilib: "Ödəmə alanların siyahısı isə bu sahədə ictimai aşkarlığa önəm verilməsinin göstəricisi kimi və ictimai nəzarətə şərait yaradılması üçün Nazirliyin saytında açıqlanıb. Burada məqsədimiz həm də odur ki, əslində 190 manata ehtiyacı olmayan, lakin yaranmış hüququndan istifadə edərək bu ödəməni əldə edənlər aşkarlansın və kəskin ictimai qınağa hədəf olsunlar".

Məlumatda qeyd olunur ki, R.Quliyevin bu il aprelin 9-da birdəfəlik ödəmə almaq üçün etdiyi müraciətə "e-sistem" tərəfindən baxılarkən, onun bu vəsaiti almaq üçün qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu müəyyən edilib: "Adında əmək müqaviləsi, VÖEN, əmlak, avtomobil və s. olması müəyyən edilməyib. Bu səbəbdən ona ödəmə təyin olunub. Bununla belə, Ruslan Quliyevin hüquqi yaransa belə, əslində ehtiyacı olmadan birdəfəlik ödəmə almaq üçün müraciət etməsini, üstəgəl aldığı bu vəsaiti başqalarında “harın həyat tərzi” keçirdiyi təəssüratı yaradan mənasız bir əyləncəyə sərf etməsini kəskin qınayırıq. Bu cür hallar ictimaiyyət tərəfindən kəskin pislənməli və gənclərin cəmiyyətə yararlı formada fəaliyyəti təşviq edilməlidir". 

Qeyd edək ki, sosial şəbəkələrdə Ruslan Quliyevin birdəfəlik ödəmə kimi almış olduğu 190 manata qarpız alaraq həmin qarpızları parçalamasını əks etdirən görüntülər yayılıb. 

pia.az


Etiket: 190 manat

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar