Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Növbəti həbslər hansı dövlət qurumunda ola bilər? 

Dövlət Təhlükəsizlik Xidmətinin sonuncu əməliyyatı göstərdi ki, korrupsiyaya qarşı mübarizəyə start verən hakimiyyət bu məsələdə sərhəd tanımır...

PİA.az xatırladır ki, əslində ölkə başçısı İlham Əliyevin çıxışlarından bu sezilirdi. İlham Əliyev bu mövzuda danışarkən bir neçə dəfə xüsusi vurğu ilə bildirib ki, heç kimə güzəşt edilməyəcək, qanunsuz hərəkətlərə yol verən məmurları hətta himayədarları da xilas edə bilməyəcək. Bununla belə, yenə də ictimai rəydə korrupsiyaya qarşı müabrizəyə birmənalı münasibət yox idi. 

Bəziləri hesab edirdi ki, DTX-nın keçirdiyi əməliyyatlar sadəcə hakimiyyətdaxili ziddiyyətlərdən qaynaqlanır. Başqa qrup isə korrupsiaya qarşı mübarizəni ölkədə artan narazılığı azaltmaq üçün görüntü xarakterli addım kimi xarakterizə edirdi. 

İndi bu məsələ ilə bağlı bəzi şübhələrə son qoyulub. Artıq ictimaiyyətin əhəmiyyətli hissəsində korrupsiyaya qarşı mübarizənin hakimiyyət üçün əsas prioritet olduğuna əminlik yaranmağa başlayıb. 

Müşahidələr göstərir ki, hakimiyyət korrupsiyaya qarşı mübarizədə cəbhəni genişləndirməyə çalışır. Əgər mübarizənin ilkin mərhələsində DTX korrupsioner məmurların kabusuna çevrilmişdisə, indi artıq Baş Prokurorluq yanında Korrupsiayaya Qarşı Mübarizə İdarəsi də prosesə cəlb edilib. Hələlik idarə əsasən orta ranqlı məmurların və nisbətən kiçin qurumların fəaliyyətini araşdırmaqla məşğuldur. DTX-nı isə əsasən daha iri çaplı məmurların, mərkəzi və yerli icra hakimiyyətlərində keçirilən əməliyyatların müəllifi kimi görürük. 

Ekspertlərin fikrincə,  korrupsiyaya qarşı mübarizədə DTX-ya daha çox üstünlük verilməsi, yəni daha ciddi əməliyyatların bu quruma həvalə edilməsi peşəkarlıq və texniki üstünlüklərlə bağlıdır.  Mümkündür ki, perspektivdə korrupsiyaya qarşı mübarizədə bu qurumların birgə fəaliyyəti təmin edilsin. Ehtimallara görə, artıq qurumlar arasında müəyyən informasiya mübadiləsi aparılır. Korrupsiayaya Qarşı Mübarizə İdarəsinin son əməliyyatlarında sübut və dəlillərin ortada olması, şübhəli şəxslər və onların əməlləri barədə dolğun məlumat, onların cinayət başında yaxalanması da bu ehtimalları gücləndirir.

Yuxarıda qeyd etdik ki, artıq ictimaiyyətin əhəmiyyətli kəsimində bu əməliyyatların həqiqətən də korrupsiyanın kökünü kəsməyə xidmət etməsi barədə qənaət formalaşıb. Bu baxımdan mediada və sosial şəbəkələrdə yeni “ünvanlar” göstərilir. Bura ayrı-ayrı mərkəzi və yerli icra hakimiyyəti orqanları daxildir.

Bir neçə gün əvvəl Qaçqınlar və Məcbur Köçkünlərlə İş üzrə Dövlət Komitəsində qanun pozuntularının aşkarlanması barədə yayılan məlumat indi diqqəti bu quruma yönəldib.

Hesablama Palatasının yaydığı xəbərə görə, sözügedən qurum dövlət satınalmalarında, qaçqın və məcburi köçkünlərin kommunal xərclərinin ödənilməsində, onlara müavinətlərin verilməsində qanun pozuntularına yol verib. Hətta ölən adamların adına pul verildiyi faktı da ortaya çıxıb. 

Hesablama Palatasının bunu ictimailəşdirilməsinin təsadüfi olduğuna şübhə ilə yanaşılır. Adətən belə məsələlər ictimailəşəndən sonra müvafiq qurumlar dərhal hərəkətə keçir. Digər tərəfdən, Hesablama Palatası dövlət qurumlarında aşkarladığı qanun pozuntuları ilə bağlı faktları həm Baş Prokurorluğa göndərir. Bu baxımdan ehtimal edilir ki, DTX yaxud da prokurorluq əməkdaşlarının növbəti dayanacağı “Qaçqınkom” ola bilər. (Yeni Sabah)

pia.az


Etiket: DTX Qaçqınkom

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar