Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Göygöldə iaşə müəssisələrinin sahibləri və müştəriləri cərimələndi

Göygöldə iaşə müəssisələrində axşam reydi keçirilib, bir neçə şəxs məsuliyyətə cəlb edilib...

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən karantin rejim qaydalarının təmin olunması istiqamətində Göygöl rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən reyd zamanı bəzi iaşə müəssisələrində karantin rejiminin pozulması aşkarlanıb, dərhal qanunamüvafiq tədbirlər görüb.

Xüsusilə axşam saatlarında rayon ərazisindəki kafe restoran və çayxanalarda aparılan yoxlamalar zamanı bəzi neqativ hallar aşkarlanıb.

Belə ki, xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisindəki kafe və restoranların müştərilərə yerində xidmət göstərməsinin qadağan olunmasına baxmayaraq, rayonun Yalqışlaq kəndində yerləşən iaşə müəssisələrini fəaliyyət göstərməsi aşkar edilib.

Polis əməkdaşları dərhal həmin obyektlərin fəaliyyətini dayandırıb, sahibləri və müştərilə barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.

pia.az


Etiket: Göygöl

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar