Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan müxalifəti Paşinyana qarşı mintinqlər keçirmək istəyir?

Ermənistanda siyasi vəziyyətin mürəkkəb olacağı gözlənilir. Paşinyan daxili auditoreyanı əldə saxlamaq üçün cəbhə xəttində və sərhəddə təxribatlara gedə bilər...

Ermənistanda Nikol Paşinyana qarşı "Vətən" partiyasının sədri, sabiq DTK sədri A. Vanatesyan yeni siyasi cəbhə formalaşdırır. Həmçinin Qarbağ klanı R. Koçaryan və S. Sarkisyan toparlamağa çalışır. Qeyd edim ki, Ermənistanda konustitusiya dəyişiklərindən sonra, Paşinyan hakimiyyəti əlində cəmləşdirsədə tam nəzarəti ələ ala bilmir.

Ermənistan müxalifəti payız aylarında birləşib, Paşinyana qarşı mintinqlər və oturaq aksiyalar keçirməyi planlayır. Burada proseslər Yerevanda Rusiya səfirliyindən idarə edilir. Paşinyan inqilab etdiyi zaman ABŞ səfirliyi qərargah funksiyasını həyata keçiridisə, indi isə, əks-inqilab qərargah funksiyasını Rusiya səfirliyi reallaşdırır. Ona görə də başverənlərdən Paşinyan xəbərdar olduğu üçün Rusiyaya qarşı siyasi isteriyanı inkişaf etdirir. Ölkənin inkişafına əngəl kimi Rusiyanı göstərir.

Ermənistanda siyasi vəziyyətin mürəkkəb olacağı gözlənilir. Paşinyan daxili auditoreyanı əldə saxlamaq üçün cəbhə xəttində və sərhəddə təxribatlara gedə bilər. Azərbaycan Ermənistandakı prosesləri izləməli, beynəlxalq müstəvidə Qarabağla bağlı diplomatik gedişləri artırmalı, müharibə haqqımızı qəbul etdirməlidir. Həmçinin danışıqların bundan sonra, əhəmiyyətsiz olduğunu götürməlidir. Məhz prezident İlham Əliyev danışıqlardan heç bir nəticə gözləmədiyini vurğuladı. Çünki, Ermənistanda vəziyyət nəticəyə yönəlmiş sülh danışıqlrının davam etdirilməsini istisna edir. Ona görə də Azərbaycan cəbhə xəttində işğalçıya zərbələr endirməlidir.

Qeyd edim ki, Qarabağdakı separatçı rejimə Ermənistan maliyyə ayırmaqda çətinlik çəkir. Buradakı cinayətkar qruplar problemi Paşinyanda görür. Onların yenidən R. Koçaryan və S. Sarkisyana dəstək verməsi reallaşa bilər. Bu da Paşinyan üçün siyasi ciddi siyasi probelmə çevriləcək.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar