Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqtidar-müxalifət dialoqu baş tuturmu? - Partiyalar nə düşünür?..

Ölkədə həqiqətən də yeni siyasi dialoq mühiti formalaşıb?..

Natiq Cəfərli: “İqtidarla müxalifətin bir-biri ilə müzakirə ortamının yaranmasına keçidlə bağlı müəyyən addımlar atılıb”.

Sərdar Cəlaloğlu: “Əgər münasiblər belə davam etsə, Azərbaycanda söz azadlığı, sərbəst toplaşmaq azadlığı birdəfəlik həll olunacaq”.

Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri parlament sədri ilə videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib.

Konfransda bildirilib ki, VI çağırış Milli Məclisdə rəhbər orqanların tam dəyişdirilib, ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçilib, bununla yanaşı, müxalifət nümayəndələrinin həm sədr, həm də müavin vəzifələrində parlamentin komitələrinə başçılıq edir.

Bundan başqa qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır. Həmçinin qeyd olunub ki, bu günə qədər bir neçə dəfə PA şöbə müdirinin iştirakı ilə siyasi partiyalarla görüş və danışıqlar aparılıb.

Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri isə ölkədə siyasi sistemin yeni konfiqurasiyasının və dialoq mühitinin formalaşmaqda olduğunu bildirib.

Prezident Administrasiyasının şöbə müdirinin siyasi partiya rəhbərləri ilə görüşündən sonra demək olarmı ki, ölkədə həqiqətən də yeni siyasi dialoq mühiti formalaşıb və aparılan danışıqların əsas aspektləri barədə nə demək mümkündür?

Mövzunu PİA.az-ın əməkdaşı ReAl-ın icra katibi Natiq Cəfərli ADP sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib.

Natiq Cəfərli: “Bizim ən böyük istəyimiz və arzumuz ondan ibarətdir ki, bu danışıqlar, qarşılıqlı təmaslar daha da genişləndirilsin”.

İqtidar-müxalifət danışıqarında müəyyən irəliləyişlərin olduğunu vutğulayan ReAl-ın icra katibi PİA.az-a açıqlamasında əlavə edib ki, nəticə etibarilə bu təmaslar ölkədə yeni bir iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təməlini qoyacaq:

“Ümumilikdə götürəndə iqtidarla müxalifət münasibətlərinin sivil qaydalar çərçivəsinə oturması onilliklərdir davam edən qarşılıqlı etimadsızlığın qarşılıqlı dinləmələrə gətirib çıxmasına səbəb oldu. Yəni iqtidarla müxalifətin bir-biri ilə müzakirə ortamının yaranmasına keçidlə bağlı müəyyən addımlar atılıb. Bu özü özlüyündə çox pozitiv bir addımdır.

ReAl partiyasının sədri İlqar Məmmədov 6 dəfə görüşlərdə iştirak edib. Hesab edirəm ki, ölkədə ən çox bu danışıqlarda qarşılıqlı iştirak edən partiya məhz bizim partiyadır. Bu görüşlərdə bir neçə ümumilli və ölkənin gələcəyi ilə bağlı məsələlər qaldırılıb. Görüşdə bizim sivil toplumun vəziyyəti ilə bağlı yeni qanun təklifimiz olub. Həmçimin medianın işləməsinin daha da effektiv olması, media azadlığının daha da genişləndirilməsi ilə bağlı təkliflərimiz olub. O cümlədən müxtəlif sosial və iqtisadi məsələlərlə bağlı təkliflər səsləndirmişik.

Natiq Cəfərli: “Bizim istəyimiz odur ki, iqtidar-müxalifət dialoqu vasitəsilə ölkənin qarşısında duran çox ağır problemlərin həllində, ortaq qərarların verilməsində fikir mübadiləsi olsun”.

Bəzi məsələlərlə bağlı irəliləyişlər də var. Yəni müəyyən qarşılıqlı anlaşmalar olub. Amma təəssüf ki, bu proses bir az ləng gedir. Bizim ən böyük istəyimiz və arzumuz ondan ibarətdir ki, bu danışıqlar, qarşılıqlı təmaslar daha da genişləndirilsin. Ölkədə doğrudan da yeni bir iqtidar-müxalifət münasibətləri formallaşsın. Bizim istəyimiz odur ki, iqtidar-müxalifət dialoqu vasitəsilə ölkənin qarşısında duran çox ağır problemlərin həllində, ortaq qərarların verilməsində fikir mübadiləsi olsun. Biz buna çox önəm veririk.

Bir daha qeyd edim arzumuz və istəyimiz bundan ibarətdir ki, bu danışıqlar daha da surətlənsin. Vətəndaşlar da, cəmiyyət də bu təmasların real nəticələrini daha tez görməlidir. Dediyim kimi müəyyən irəliləyişlər var. O cümlədən QHT qanunvericiliyi ilə bağlı müəyyən dəyişikliklərin olması gözlənilir. Bu çox pozitiv gəlişmədir. Nəticə etibarilə bu təmaslar ölkədə yeni bir iqtidar-müxalifət münasibətlərinin formalaşmasının təməlini qoyacaq”.

Sərdar Cəlaloğlu: “Əvvəllər Prezident Aparatının rəhbəri göstəriş verirdi və siyasi partiyaların rəhbərləri, jurnalistlər qeyri-qanuni həbs olunurdu”.

Uzun müddət Azərbaycanda iqtidar-müxalifət düşmənçiliyini həyata keçirən insanların yavaş-yavaş hakimiyyətdən təmizləndiyini vurğulayan ADP sədri PİA.az-a açıqlamasında qeyd edib ki, buna görə bundan sonrakı dövrdə iqtidar-müxalifət münasibətlərinin düşmənçilik üzərində qurulmayacağına ümid edir:

“Hələlik praktikada bu istiqamətdə elə bir ciddi addımlar atılmayıb. Amma ümumi şəkildə indiyə qədər olan iqtidar-müxalifət münasibətləri sistemimdə fundamental dəyişikliyin başlandığını görmək olar.

Siyasi partiyaların qeydiyyatı, siyasi liderlərin ünsiyyət yaratması məsələsi əgər davamlı olacaqsa, Azərbaycanda sivil iqtidar-müxalifət münasibətlərinin, siyasi güclərdən birgə istifadə edilməsinin mümkün olacağı real görünür. Amma bütün bunlar kompaniya xarakterli olacaqsa, əldə heç bir nəticə olmayacaq.

Qeyd edək ki, uzun müddət Azərbaycanda iqtidar-müxalifət düşmənçiliyini həyata keçirən insanlar yavaş-yavaş hakimiyyətdən təmizlənir. Buna görə də ümidim var ki, bundan sonrakı dövrdə iqtidar-müxalifət münasibətləri düşmənçilik üzərində qurulmayacaq. İqtidar-müxalifət münasibətləri sivil və azad münasibətlər əsasında qurulacaq. Bu da təbii ki, Azərbaycanın digər ictimai sahələrində də pozitiv dəyişikliklərə gətirib çıxaracaq.

Sərdar Cəlaloğlu: “Hakimiyyətin qeyri-qanuni davranışları olmayacaqsa, siyasi qüvvələrlə dövlət strukturları arasında heç bir ədavət, düşmənçilik olmayacaq”.

Əvvəllər Prezident Aparatının rəhbəri göstəriş verirdi və siyasi partiyaların rəhbərləri, jurnalistlər qeyri-qanuni həbs olunurdu. Hətta prakurorlar və məhkəmələr də bu işə cəlb olunurdu. Nəticədə də siyasi qüvvələrlə hüquq mühafizə orqanları, hakimiyyət arasında düşmənçilik yaranırdı. Hakimiyyətin qeyri-qanuni davranışlar olmayacaqsa, siyasi qüvvələrlə dövlət strukturları arasında heç bir ədavət, düşmənçilik olmayacaq.

Bir daha qeyd edim ki, əgər münasiblər belə davam etsə, Azərbaycanda söz azadlığı, sərbəst toplaşmaq azadlığı birdəfəlik həll olunacaq. Həmçinin uzun illərdir Azərbaycanı qınağa məruz qoyan bütün neqativ proseslər aradan qalxacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar