Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycan İnvestisiya Şirkəti” səmərəsiz fəaliyyət göstərib – Rəsmi 

Hesablama Palatası 2020-ci il üzrə iş planına uyğun olaraq İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin (AİŞ) vəsaitlərinin formalaşması və istifadəsinin auditini aparıb.

“Report” bu barədə ali audit qurumuna istinadən xəbər verir.

Audit nəticəsində məlum olub ki, dövlət şirkətinin fəaliyyət göstərən və yaxud yeni təsis edilən kommersiya təşkilatlarının nizamnamə kapitalına (səhmlər və paylara) investisiya qoyuluşunun kommersiya səmərəliliyi, investisiya obyektləri seçilərkən fəaliyyət sahəsində xidmətlərinin rəqabətədavamlı olması, fəaliyyətinin yüksək səviyyədə təşkilini təmin edən və həmin fəaliyyət sahəsində kifayət qədər təcrübəyə malik olan strateji investorun olması kimi meyarlara tam riayət edilməyib. Səhmləri və payları olan investiya obyektləri və layihələri üzrə əvvəlki illərdə zərərlə fəaliyyət göstərməsi səbəblərinin araşdırılması ilə onların aradan qaldırılması istiqamətində tədbirlər müəyyənləşdirilməyib, auditlə əhatə edilən 2016-2019-cu illərdə zərərlə işləyən, investisiya obyektində iştirak müddətinin aşağı həddi başa çatmış payları üzrə ASC-nin iştirakına xitam verilməsinin məqsədəuyğunluğunun, həmin payların bazar qiymətləndirilməsi aparılmaqla satışının həyata keçirilməsi imkanlarının reallaşdırılması istiqamətində əməli işlər (tədbirlər) görülməyib.

Seçmə qaydada sənaye məhəllələrinin yaradılması üzrə inşaat işlərinə dair sənədlərin əsaslı surətdə öyrənilməsi ilə tikinti işlərinə dair 758,1 min manat məbləğində bir sıra kənarlaşma və fərqlər müəyyən edilib.

AİŞ aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələndirməklə sənaye məhəllələrinə səmərəli fəaliyyət göstərə biləcək rezidentlərin, həyata keçirilən layihələrə özəl investisiya qoyuluşlarının cəlb edilməsi, istehsalat sahələrinin tam gücləri ilə fəaliyyətin göstərməsinin təmin edilməsi tədbirlərinin həyata keçirilməsini davam etdirsə də, rezidentlərin layihələri üzrə yaradılmış iş yerlərinə faktiki işçilər tam cəlb olunmayıb, auditlə əhatə olunan dövrdə şirkətin sənaye məhəllələrinin idarəedilməsi və fəaliyyətinin təmin edilməsi üzrə xərcləri əməliyyat gəlirlərini üstələyib, büdcə zərəri ümumilikdə 298,5 min manat təşkil edib. “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq sənaye məhəllələrinin idarə edilməsindən əldə edilən gəlirlərinin digər mənbələrlə yanaşı mühafizə xidmətlərindən əldə edilən gəlirlər hesabına da formalaşması müəyyən olunsa da, sənaye məhəllələrində rezidentlərin istifadəsində və mülkiyyətində olan əmlaklarının mühafizəsi üzrə AİŞ ilə iştirakçılar (rezidentlər) arasında müvafiq xidmət müqavilələri bağlanmamış, 2016-2019-cu illərdə 99,6 min manat məbləğində mühafizə xərcləri əvəzsiz qaydada səhmdar cəmiyyətinin xərcləri hesabına həyata keçirilib, qurum ilə sənaye məhəllələrinin iştirakçıları (rezidentlər) arasında bağlanmış müvafiq müqavilələrə əsasən rezidentlərinin öhdəlikləri (enerji, su, qaz, tikililər üzrə icarə haqqları) üzrə ödənişlər vaxtında həyata keçirilmədiyindən auditlə əhatə edilən dövrün sonuna (2019-cu il 31 dekabr tarixinə) 97,5 min manat məbləğində debitor borcu yaranıb, sənaye məhəllələrinin rezidentləri tərəfindən 31 dekabr 2019-cu il tarixə tikili və torpaq sahələri üzrə 75,1 min manat məbləğində icarə haqlarının dövlət büdcəsinə ödənilməsi təmin edilməyib. Dövlət orqanlarına sənaye məhəllələrinin yaradılması, fəaliyyətinin təşkili və inkişafı üzrə hesabat və məlumatların vaxtında və tam təqdim edilməsi, onlarda əks olunan məlumat və göstəricilərin iştirakçılar (rezidentlər) tərəfindən təqdim edilmiş layihələrin, rezidentlərlə bağlanmış müqavilələrin real (dürüst) icra vəziyyətinin qiymətləndirilməsinə uyğun olması təmin olunmayıb.

***

AİŞ əsas (investisiya) fəaliyyəti ilə yanaşı 2016-2019-cu illərdə davamlı olaraq sərbəst vəsaitlərinin idarə və istifadə olunması istiqamətində fəaliyyət göstərib, lakin bu zaman investisiya fəaliyyətinin, həmin fəaliyyət üztə tələb olunacaq vəsait məbləğlərinin planlaşdırılması ilə müvəqqəti olaraq sərbəst vəsaitlərinin məbləğlər və müddətlər üzrə depozitlərə yerləşdirilməsi bazar konyunkturasına uyğun olaraq optimal səviyyədə əlaqələndirilməyib.

Belə ki, AİŞ-in 2016-2019-cu illərdə banklardakı müddətli depozitlərinin faiz dərəcələri ümumilikdə ölkənin maliyyə bazarında manat depozitləri üzrə orta faiz dərəcələrindən daha aşağı olub, depozit müqavilələrinin vaxtının uzadılması və ya depozit müddəti bitən kimi yenidən həmin məbləğlərə bağlanması nəticəsində “Səhmdar cəmiyyətinin müvəqqəti olaraq sərbəst olan vəsaitlərinin idarə və istifadə olunması Qaydaları”nın tələblərinə riayət olunmayaraq şirkətin böyük məbləğdə vəsaitləri uzun (1 ildən çox) müddətlərdə aşağı faizlərlə kommersiya banklarında (bu zaman 5 milyon manat vəsait 3 ildən çox müddətdə “Atabank” ASC-də) depozitdə qalıb, bununla gəlirlərinin optimallaşdırılması və sərbəst pul vəsaitlərindən mütəmadi olaraq əlavə gəlir götürmək imkanlarından tam istifadə edilməyib, 2015-ci ildə “Texnika Bank” ASC-də yerləşdirilmiş 6 milyon manat məbləğində 3 aylıq depozitlər və 95 min manat məbləğində hesablanmış faizlər, habelə “Atabank” ASC-yə 2018-ci ildə 1 illik yerləşdirilmiş və müddəti başa çatmış 450 min manat məbləğində depozit 1 yanvar 2020-ci il tarixinə qədər geri ödənilməyib.

Auditlə müəyyən edilmiş nöqsanların aradan qaldırılması məqsədilə audit aparılan müddətdə sənaye məhəllələrinin iştirakçılarının (rezidentlərinin) icarə və xidmət haqları üzrə ASC-yə yaranmış öhdəliklərindən (debitor borclarından) 9 557 manat, tikililər (istehsalat sahələri) və torpaq sahələrindən istifadə müqavilələri üzrə dövlət büdcəsinə icarə haqqı borclarından 30 232 manat məbləğində vəsaitin ödənilməsi, dövlət mülkiyyətində olan tikililərdən (istehsalat sahələrindən) istifadəyə görə icarə haqqı üzrə sənaye məhəllələrinin iştirakçıları (rezidentləri) tərəfindən 31 mart 2020-ci il tarixinə qədər 63 819 manat məbləğində vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. AİŞ kollegiya qərarının icrası ilə əlaqədər olaraq həyata keçirilən tədbirlərlə bağlı təqdim etdiyi məlumatda yaranmış öhdəliklər üzrə 49 322 manat məbləğində debitor borcların ödənilməsinin təmin olunduğunui, dovlət büdcəsinə ödənilməli olan icarə haqları üzrə 75 967 manat məbləğində icarə haqqı borclarının ödənildiyini, hesablanmış dəbbə pullarının uçota alındığını, sənaye məhəllələrinin tikintisi uzrə yaranmış fərq məbləğindən 50 000 manatın geri ödənildiyini və bu istiqamətdə, həmçinin kollegiya qərarının icrasının tam təmin edilməsi ilə bağlı müvafiq tədbirlərin davam etdirildiyini bildirib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar