Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İranda dəhşətli partlayışlar: bu dəfə raket anbarları havaya uçdu

Bu gün iyulun 10-na keçən gecə İranda, Tehrandan qərbdə yerləşən raket anbarlarında güclü partlayışlar baş verib...

MİGnews.com-a istinad’n xəbər verir ki, gecə saat 2 radələrində baş verən partlayışlar Tehranı sarsıdıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən partlayışlar İnqilab Keşikçiləri Korpusunun Tehrandan qərbdə, Qarmadareh və Qüds rayonlarında yerləşən raket anbarlarında baş verib. Partlayışlardan dərhal sonra Tehranın bir çox rayonlarında işıqlar sönüb. O cümlədən Qüds və Şəhriyar rayonlarında da elektriklər kəsilib, bu rayonlarda yarımstansiyaların partladığı bildirilir.

Habelə bildirilir ki, İranın aerokosmik qüvvələri hansısa təyyarəyə və ya pilotsuz uçan aparata qarşı iki “yer-hava” tipli raket tətbiq edib. Digər təfərrüatlar hələlik məlum deyil.

Xatırladaq ki, İranda son günlər bir-birinin ardınca sirli partlayışlar baş verir. İyulun 2-də Natanz nüvə mərkəzində zənginləşdirilmiş uran əldə etmək üçün istifadə edilən qaz ehtiyatlarının saxlanıldığı bina partlayıb. Bundan əvvəl isə İnqilab Keşikçiləri Korpusunun Parçin hərbi bazasında partlayış olub. Həmin bazada İran yeni silahların, o cümlədən ballistik raketlərin işlənib hazırlanmasını həyata keçirir. “The New York Times” Natanzda baş vermiş partlayışın İsrail diversiyası olduğunu yazıb. Küveyt mənbələri isə bildirir ki, İsrail Parçin bazasına F-35 qırıcısı ilə zərbə endirib. (virtualaz.org)

pia.az


Etiket: İran

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar