Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır"

"Yaranmış vəziyyətdən sui-istifadə etmək olmaz"...

“Dövlətin keçirdiyi koronavirus testləri ödənişsizdir. Buna görə vətəndaşdan kimsə pul ala bilməz”.

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib.

S.Cəlaloğlu TƏBİB-lə bağlı məsələyə də münasibət bildirib: “İkili idarəetmə yolverilməzdir. TƏBİB-in yaradılmasına ehtiyac yox idi. Bunu kim və niyə yaratdı, deyə bilmərəm...O qurum ləğv edilməlidir. Məlum olur ki, koronavirus testləri TƏBİB-in rəhbəri Ramin Bayramlının xəstəxanasında verilir. Guya pandemiya ilə mübarizə aparır, iki gündən bir çıxır yastı-yastı deyir ki, belə edin, elə edin... Özü də vətəndaşın dərisini soyur, xeyir ola? Sən doğrudan da koronavirusa qarşı mübarizə aparırsansa, testləri niyə pulsuz etmirsən? Deyirlər ki, TƏBİB yarandıqdan sonra səhiyyə sistemində böyük dəyişiklik olub. Nə dəyişiklik olub? Əlavə alver yeri əmələ gəlib... Lap deyək ki, könüllü testdən keçmək istəyirəm, niyə ödəniş etməliyəm. Mən özümü ona görə yoxladıram ki, əgər yoluxmuşamsa, yayılmasın, vaxtında qarşısı alınsın. Kimə lazımdır belə institut? Koronavirus testi 6-7 dollardır, lap deyək ki, Azərbaycana gəldikdə 10 dollar olur. Siz bunu necə 100 manat edə bilərsiniz? Bu, möhtəkirlikdir, Baş Prokurorluq araşdırma aparmalıdır, cinayət işi qaldırılmalıdır. Yaranmış vəziyyətdən sui-istifadə etmək olmaz. Səhiyyə Nazirliyinin işi gücləndirilməlidir, rəhbərliyə xalqa, millətə bağlı olan, sərxoş olmayan insanlar gətirilməlidir...”(Pravda.az)

pia.az


Etiket: TƏBİB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar