Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kardaşyan ABŞ-ın birinci ledisi olmaq iddiasında - Ağ Evin qapıları onun üçün açılacaqmı?

Ermənilər Ağ Evi ələ keçirmək istəyir - Qaradərili yeznələrini prezident etməyə həvəsləniblər...



Bütün dünyanın başı koronavirusla mübarizəyə qarışdığı bir zamanda ABŞ-da maraqlı proseslər baş verməkdədir. “Qara üsyançılar” ABŞ-ın bəzi ştatlarında yerli hakimiyyətlərin boşluqlarından istifadə edərək “öz suverenliklərini” elan etdikdən sonra indi də özlərinə payızdakı prezident seçkilərində lider tapıblar. Bu, tanınmış bəstəkar-reper Kanye Uestdir.

O, seçkilərdə müstəqil namizəd sifətilə iştirak edəcəyini bildirib. Respublikaçıların daima dəstəkçisi olmuş, son prezident seçkilərində də Donald Trampa açıq dəstək vermiş Kanye Uest bir gün əvvəl verdiyi açıqlamada “Tramp olmasaydı, namizədliyimi Respublikaçılar Partiyasından irəli sürərdim” deyib. Aydındır ki, ABŞ-dakı “qaradərililər üsyanından” güc alan reper şansını sınamağa qərar verib və bu yarışda Tramp və Co Baydenlə rəqib olmaqdan çəkinmir. O, artıq vitse-prezidentliyə namizədinin də heç kimin tanımadığı keşiş Mişel Tibdal olacağını deyib. Seçki kampaniyasında şüarına gəlincə, o qədər də pis sloqan deyil. Kanye Uestin seçki şüarı “Bəli” olacaq.

Azərbaycanda Kanye Uestin namizəd ola biləcəyi xəbərləri elektron mediada özünə yer tapsa da, burada çox vacib bir fakt diqqətdən kənarda qalıb. Bu, Kanye Uestin xanımının personasıdır. Xanımı isə erməni porno-ulduz Kim Kardaşyandır.

Artıq Amerika mediası Kim Kardaşyan kimi birisinin ölkənin birinci ledisi statusuna sahiblənə biləcəyi ilə bağlı narahatlıqlarını yazır. Hələ ki, ortada ciddi bir gəlişmə yoxdur, Keyn Uestin namizədliyi üçün imza toplamaq lazımdır və sair. Amma bunlar hamısı həm indi ciddi ictimai dəstəyi olan reper, həm də onun özü qədər tanınmış arvadı üçün su içmək kimi asandır. Üstəlik, heç şübhə yoxdur ki, Kardaşyanın ərinin seçki kampaniyası üçün dünya erməni lobbisi də müəyyən dəstək verə bilər.

Ermənilər qaradərili yeznələrini niyə də Ağ Evə gətirməyə həvəslənməsinlər. Qeyri-real kimi görünür, eləmi?

Vaxtilə Tramp da namizədliyini irəli sürəndə çoxları milyarderin şansının çox az olduğunu iddia edirdilər, ona ciddi namizəd kimi baxmırdılar. Nəticədə, Tramp Demokratlar Partiyasının nüfuzlu namizədi Hillari Klintonu yendi və əsl sensasisya yaratdı. İndi ABŞ-da irqçilik koronavirusdan da ciddi bəlaya çevrilib və mümkündür ki, qaradərili reper narazılıqların fonunda seçkilərdə dönüş etsin.

“İndi sosial şəbəkələrin amerikalı istifadəçiləri dəhşətə gəliblər. “Twitter” isə Kim Kardaşyanın birinci xanım olacağı təqdirdə ölkəni tərk edəcəyini vəd edib” deyə, Rusiyanın gazeta.ru saytı ABŞ mediasına istinadən belə yazır. Sosial şəbəkə istifadəçiləri Kim Kardaşyanın on ildən çoxdur efirdə olan realiti-şousu üçün “Oval otaqda” çəkilişlər etdiyini və orada selfi çəkdirdiyini də yada salıblar. Sosial şəbəkə istifadəçiləri, potensial “birinci xanımın” seksual İnstaqram fotoşəkillərinin də ikrah doğurduğu qənaətindədirlər. Trampın xanımı Melinanın da keçmişdəki açıq-saçıq model şəkillərini yada salır və “Ağ Evə Melinadan sonra Kim gəlir” deyə, ironiya edirlər, Barak Obamanın xanımı Mişel Obamanı isə xiffətlə anırlar.

Artıq Kim Kardaşyanın müdafiəçiləri də tapılıb. Məsələn, ccn.com oxuculara xatırlatdı ki, ABŞ-ın birinci xanımları həmişə mükəmməl olmayıblar. Belə ki, 1981-1989-cu illərdə prezident vəzifəsini icra edən Ronald Reyqanın həyat yoldaşı Nensi Reyqanın, 1970-ci ildə əri Kaliforniyanın qubernatoru vəzifəsi uğrunda yarışdığı vaxt Frank Sinatra ilə gizli romanı olub və bu ilişgilər illər sonra üzə çıxıb. Corc Buşun xanımı Lora Buş isə 17 yaşında ikən qəzada bir uşağın ölümündə günahkar olduğunu illər sonra etiraf edib.

ABŞ mediası yazır ki, artıq erməni porno-ulduz həvəslə əsl birinci xanım paltarlarında görünməyə başlayıb, çox vaxt açıq olan ayıb yerlərini indi ciddi geyimlərlə örtməyə başlayıb. Kim Kardaşyan Ağ Evdə bir neçə dəfə olub - sonuncu dəfə isə 2020-ci ilin martında Donald Trumpın əfv etdiyi üç qadınla görüşmək üçün gəlib.

Kim Kardaşyan ötən ilin oktyabrında İrəvanda keçirilən Beynəlxalq İnformasiya Texnologiyaları Konqresinin xüsusi qonağı qismində iştirak edib. Səhər isə Kim Kardaşyan, bacısı və uşaqları ilə Eçmiədzin kilsəsində olublar. Burada Kim Kardaşyan kiçik uşaqlarını xaç suyuna saldırıb. Mərasim zamanı xaç suyuna salınanlara erməni adları verilib.

Kardaşyan oğlu Psalm üçün - Vardan, qızı Cikaqo üçün - Aşxen, oğlu Saint üçün - Qriqor adlarını seçib.

Kim Kardaşyan səfəri zamanı Ermənistan baş naziri Nikol Paşinyanla da görüşmüşdü. Sonradan Paşinyan sevinərək açıqlama vermişdi ki, Kardaşyanın sayəsində çoxlu sayda erməni Ermənistana gələcək və "erməni investisiyaları"nı ölkəyə cəlb etmək mümkün olacaq.

Kardaşyan illər boyunca ABŞ-ın “qondarma soyqırımı” tanıması üçün ictimai təbliğat da aparıb.

Kardaşyanın “vəkilliyi” Ermənistana son səfərindən sonra yeni mərhələyə keçib. Kardaşyan Ermənistanın mətbuat orqanlarına açıqlamasında bildirib ki, “soyqırımla” bağlı birbaşa Trampa lobbiçilik etməsə də, “Ağ Evdəki şəxslərlə danışıqlar aparıb”.

Göründüyü kimi, kifayət qədər məkrli bir erməni olan Kardaşyan və dəstəkçiləri bu dəfə Ağ Evi ələ keçirməyə iştahlanıblar... Gerçək kimi deyil, amma...

pia.az


Etiket: Kardaşyan Ağ Ev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Paytaxtda 600 manata səməni satılır? - Video    

Ən çox oxunanalar