Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Gündəlik statistika real deyil” – Tanınmış həkim

"Pandemiyadan sonra tibb sahəsinə maraq azalacaq"...

Azərbaycanda koronavirusa yoluxan və dünyasını dəyişən şəxslər arasında ən çox tibb işçilərinin adı hallanır. Görünür, xəstə ilə birbaşa təmasda olmaları onların yoluxması riskini artırır. Mütəxəssislərin fikrincə, həkimlərlə yanaşı bir çox peşə sahiblərinin bu xəstəliyə yoluxma riski daha çoxdur.

Araşdırmalara görə, sürücülər arasında da virusa yoluxma faizi kifayət qədər yüksəkdir.

Mikroblar və viruslar kağız pullarda müəyyən müddət qaldığından kartla ödəmə sisteminə keçid etməyən avtobus sürücüləri böyük risk daşıyır. Taksilərdə isə sürücülərlə müştərilər arasında 2 metrlik məsafə mümkün olmadığı üçün taksi sürücülərinin də virusa yoluxma ehtimalı yüksəkdir. Mini marketlərdə satıcı ilə müştəri təması yaxın olduğundan market əməkdaşlarının da koronavirusa yoluxmağı gözləniləndir.

Televiziyada çalışan jurnalistlər müsahibə zamanı koronavirusa yoluxa bilərlər. 2 metrdən az bir məsafədə ünsiyyətin qurulması riskli hesab edilir. İnsanların bir yerdə sıx çalışdıqları zavodlarda da risk faktoru mövcuddur. Təbii ki, bütün sadalanan risk faktorlarını, əməl edilməsi vacib olan qaydalara riayət etməklə qarşısını almaq olar. Həkimlərin məsləhətinə uyğun olaraq, qoruyucu əlcəklərdən istifadə etmək, maska taxmaq, mütəmadi olaraq əlləri sabunla yumaq, ünsiyyəti minimumlaşdırmaq həyatımızın qarantıdır.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə "Şərq"ə açıqlamasında qeyd edib ki, əhali arasında yoluxma potensialı kifayət qədər yüksək olduğundan konkret sahələr üzrə rəqəm açıqlamaq çətindir:

"Lakin tibdə işləyənlər arasında yoluxma riski daha çoxdur. Virusa yoluxmuş xəstələrlə işləyən tibb işçiləri istər-istəməz xəstələnməli olurlar. Virus yükü deyilən bir şey var. Həkim viruslu xəstələrlə nə qədər çox işləyirsə, bir o qədər virusa yoluxma riski artır. Həkimlərlə yanaşı koronavirusla mübarizəyə cəlb olunan digər peşə sahiblərinin də virusa yoluxma riski böyükdür".

Ekspertin sözlərinə görə, aprel ayından sonra karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların heç bir qaydaya əməl etməməsi əhali arasında yoluxma potensialını artırdı: "Hazırda əhalinin böyük əksəriyyəti xəstədir. Gündəlik elan olunan statistika heç də real vəziyyəti əks etdirmir. Azərbaycanda koronavirusa yoluxan vətəndaşların sayı açıqlanan rəqəmlərdən qat-qat artıqdır.

Qeydiyyata 500 nəfər düşürsə, siz onu 4-ə vurun. Bu şəxslərin bir hissəsi həkim nəzarətində evdə müalicə olunur. Bir hissəsi isə nə həkimə, nə də xəstəxanaya müraciət etmədən türkəçarələrlə özünü sağaltmağa çalışır. İnsanların virusa yoluxduğunu gizlətmə səbəbi də cəmiyyətdə COVİD 19-a yoluxan xəstələrə qarşı diskriminasiya ilə bağlıdır".

A.Qeybulla deyib ki, koronavirusa qarşı mübarizə çərçivəsində formal karantin tədbirlərindənsə, karantin davranışları ilə bağlı əhali arasında maarifləndirmə aparılmalı, insanlarda inam yaradılmalıdır.

Tibb işçilərinin virusa yoluxma səbəblərinə gəldikdə isə professor deyib ki, aylardır evinə getməyən, istirahət etməyən həkimlərimiz, tibb bacılarımız var. Hansı ki, onlar birbaşa koronaviruslu xəstələrlə məşğul olur, 15-20 santimetr məsafədən xəstəni inkubasiya edib, onlara oksigen verir. Tibb işçiləri nə qədər qorunsa da koronavirusa yoluxma potensialları yüksəkdir. Həkimlərə qarşı cəmiyyətdə xoşagəlməz münasibət olduğunu vurğulayan A.Qeybulla deyib ki, "Hippokrat andı"nı əllərində elə bayraq edirlər ki, guya, həkim insan deyil, robotdur:

"Pandemiyadan qorunmaq üçün tətbiq edilən qaydaların hamısını iqnor edib, qapalı məkanlarda maskasız gəzən, maska saxlamayan vətəndaşlar belə virusa yoluxanda günahı həkimdə görür ki, mənə baxan, xəstəxanaya qəbul edən yoxdur. Halbuki, dünyanın heç bir ölkəsində tibb işçilərinin sayı əhalinin böyük əksəriyyətinin eyni vaxtda xəstələnmə ehtimalına hesablanmayıb. Xatırlayırsınızsa, İtaliya və İspaniya kimi ölkələrdə belə həkim defisiti yaranmışdı. Bütün həkimləri işə çağırmışdılar. İndi bizdə də yoluxma çox olduğuna görə, təbii ki, ilk növbədə infeksionist, reanimatoloq, virusoloq və pulmonoloqların çatışmazlığı var. Bu həkimlərin sayı bu qədər xəstəyə hesablanmayıb.

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının 21 həkimi koronavirusa yoluxub, müalicə alır. Ümumilikdə 1500 tibb işçisinin infeksiyaya yoluxması ilə bağlı məlumat verilib.

Eyni zamanda virus səbəbindən bir neçə həkim dünyasını dəyişdi. Belə vəziyyətlərdə həkim çatışmazlığının olması təbii haldır.

Adil Qeybulla hesab edir ki, həkimləri qorumaq üçün onların sosial rifahını yaxşılaşdırmaq, maaşlarını artırmaq lazımdır. Pandemiyadan sonra tibb sahəsinə maraq azalacaq. Artıq gənclər həkimlik oxumaq istəməyəcək. Oxuyanlar da çıxıb xaricə gedəcək. 220-250 manata görə həyatını riskə atan həkimlərimiz var. Hesab edirəm ki, KİV-lər bu məsələ ilə bağlı həyəcan siqnalı verməlidir.

İctimai rəyin dəyişdirilməsində jurnalistlərin rolu çox böyükdür. Bu səbəbdən də məsələni gündəmdə saxlamalıdırlar. Həkimlər öz əməyinin qarşılığını almayana qədər onlara qarşı münasibət dəyişməyəcək".(pravda)

pia.az


Etiket: Adil QeybullA


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar