Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirli aprel şəhidlərinin ailələri: “Mehriban Əliyevaya minnətdarıq” - Video

Yaxın vaxtlarda hər iki şəhid ailəsi üçün yeni evlərin tikintisinə başlanılacaq...

“Mingəçevirli aprel şəhidlərinin ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması haqqında verdiyi göstərişə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”.

Bu sözləri APA TV-nin yerli bürosuna açıqlamasında 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun anası Gülnarə Qasımova deyib.

Onun sözlərinə görə, hazırda yaşadıqları ikiotaqlı mənzil 1948-ci ildə tikilib.

Gülnarə Qasımova bildirib ki, üç övladından ikisinin aprel döyüşlərində iştirak etməsi ilə qürur duyur: “Teymurun qismətinə şəhidlik yazılıbmış. Teymur apreldə doğulmuşdu, apreldə də şəhid oldu”.

Şəhid çavuş Adil Adilzadənin atası Kamran Abdullayev və anası Gülnarə Abdullayeva da göstərilən diqqət və qayğıya görə Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Abdullayevlər ailəsi hazırda Mingəçevirdə kirayədə yaşayır. Çünki Günəşli yaşayış massivindəki 14 saylı küçə yeganə oğul övladları Adil Adilzadənin adını daşısa da, şəhidin böyüdüyü ev istifadəyə tam yararsız vəziyyətdədir.

Yaxın vaxtlarda hər iki şəhid ailəsi üçün yeni evlərin tikintisinə başlanılacaq.

Qeyd edək ki, 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gizir Teymur Qasımovun və çavuş Adil Adilzadənin doğmaları mənzil şəraitlərinin yararsız və qəzalı vəziyyətdə olması səbəbindən Birinci vitse-prezident Mehriban Əliyevaya kömək göstərilməsi üçün müraciət edib. “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi xətti ilə çatdırılan bu müraciət Mehriban Əliyeva tərəfindən həssaslıqla qarşılanıb və hər iki ailəyə yeni ev inşa olunmasına qərar verilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar