Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Makron Liviyada nəyə can atır? - Şimali Afrikanın neft ölkəsində ikinci İraq yarana bilərmi?..

AB-nin təbii qaz tədarükünün müxtəlifliyinə və Rusiyadan olan asılılığın azaldılmasına xüsusi diqqət yetirən ABŞ Rusiyaya tətbiq olunan sanksiyaları daha da sərtləşdirir. Bu vəziyyətə görə də Fransa Liviyanı Rusiyanın təsir dairəsinə atmağa çalışır...

Levent Yılmaz
“Yeni Şafak” qəzeti, 9 iyul 2020-ci il

Bir müddətdir ki, Liviyada baş verənləri iqtisadiyyat və enerji baxımından izah etməyə çalışıram. Çünki bu gün Fransa başda olmaqla, Liviyadakı - Türkiyədən başqa - bütün ölkələrin əsas məqsədi Liviyanın enerji qaynaqlarını ələ keçirmək və bunlar vasitəsilə iqtisadi-siyasi maraqlarını təmin etməkdir. Liviyada baş verə biləcək vətəndaş müharibəsinin qarşısını alan Türkiyə sülhün bərqərar olması üçün xeyli səy göstərir. Liviya ilə bağlı qarışıqlıq içində qalan Fransa isə Türkiyəyə qarşı olduqca mənasız və uyğunsuz bir münasibət göstərir. Fransanın bu münasibətinin arxa fonunu araşdırmaq faydalı olacaq.

Fransa nə etməyə çalışır?

2019-cu ildə Fransada qəbul edilən “Enerji və İqlim Qanunu” 2050-ci ilə qədər karbon qazını sıfıra endirməyi hədəfləyir. Buna görə, 2030-cu ilə qədər yanacaq istehlakı 40% azaldılacaq və 2022-ci ilə qədər kömür zavodları bağlanacaq.

İqlim dəyişikliyi elmi bir həqiqətdir. Lakin Fransanın məsələyə yanaşması elmilikdən çox uzaqdır. İqlim dəyişikliyi qısa müddət ərzində Fransa üçün kabusa çevrilib. Ölkədəki “La France Insoumise” (Boyun Əyməyən Fransa) Partiyasının iqlim müdafiəçisi Fransua Raffinin çıxışını xatırlayaq:

“Varlılar Norveçdə, Yeni Zelandiyada torpaq alıb, uşaqlarının İsveç dilini öyrənməsinə şərait yaradırlar. Çünki qlobal istiləşmənin təsiri bu ölkələrdə daha gec hiss ediləcək. Zənginlər indidən iqlim deportasiyasına hazırlaşırlar”.

Görünən budur ki, Fransanın uzunmüddətli böyümə hədəfləri ilə təchiz etdiyi sıfır karbon iqtisadiyyatı tədricən bu günkü reallıqlardan uzaqlaşır və artıq ölkəyə xas parametrlərlə qlobal öhdəlikləri nəzərə ala bilmir. Enerji sektorundakı bütün tarazlıqları karbon-neytral iqtisadiyyat hədəfi ilə dəyişdirən Fransanın 2011-ci ildə zəngin neft ehtiyatlarına sahib olan Liviyaya edilən hərbi müdaxilədə ən böyük məsuliyyəti daşıması olduqca ironiyalı haldır.

Ancaq işin marağı burada da bitmir. Beynəlxalq neft və qaz şirkətləri arasında 4-cü yeri tutan və Parisdə yerləşən “TOTAL” şirkəti Fransanın enerji diplomatiyasında ciddi bir yerə sahibdir. “TOTAL” 2018-ci ilin ortalarına qədər ABŞ adminstrasiyasının nəzdində lobbi yaradaraq Liviyada fəaliyyət göstərən “Marathon Oil”, “Conoco Philips” və “Hess” kimi enerji şirkətlərini əvəz etməyə çalışırdı. Fransa “TOTAL” vasitəsilə İtaliyanın “ENI” ilə Liviyada oynadığı rolu balanslaşdırmaq istəyirdi. Lakin “TOTAL” bir neçə ay əvvəl Paris Sazişinə verdiyi dəstəyi bir daha yeniləyərək 2050-ci ilə və ya daha erkən bir tarixə qədər bütün dünyada karbon tullantılarının sıfıra endirilməsini hədəfə qoyub.

Maraqlıdır, elə deyilmi? Bir tərəfdən, Həftarın qanunsuz nefti ilə ticarət edib, bunu daimi hala gətirməyə çalışarkən, digər tərəfdən də karbon tullantılarını sıfıra endirməkdən danışırlar.

Liviyada Fransa-AB qarşıdurması

Əvvəlki yazımda bildirmişdim ki, Fransanın qeyri-sabit Liviya siyasətinin arxasında əvvəllər Müdafiə Naziri, indi isə Xarici İşlər Naziri olan Le Drian durur. Fransa Xarici İşlər Nazirliyinin tam adı “Avropa və Xarici İşlər Nazirliyi”dir. Buna baxmayaraq, Fransa xarici siyasətində Liviya kimi məsələlərə AB-nin gözündən baxa bilmir və “birlik həmrəyliyinə” məhəl qoymur. Təbii ki, bunun iqtisadi və siyasi səbəbləri var. Fransa iqtisadiyyatı get-gedə zəifləyir. Fransa Səudiyyə Ərəbistanından aldığı böyük iqtisadi dəstəyi itirməkdən qorxur. Bu qorxu Fransanın Liviyadakı qeyri-sabitliyinin və Liviya siyasətindəki geri dönüşlərinin birinci səbəbidir. Həmçinin, Fransanın AB-yə qarşı olan bu rəftarı AB-nin Dönəm Rəhbəri olan Merkeli olduqca narahat edir.

İraqda edilən səhvlər Liviyada təkrarlanacaqmı?

İtaliyanın təbii qaz təhlükəsizliyi və AB-nin enerji müxtəlifliyi ilə bağlı apardığı siyasət baxımından Liviya önəmli bir ölkədir. AB-nin təbii qaz tədarükünün müxtəlifliyinə və Rusiyadan olan asılılığın azaldılmasına xüsusi diqqət yetirən ABŞ Rusiyaya tətbiq olunan sanksiyaları daha da sərtləşdirir. Bu vəziyyətə görə də Fransa Liviyanı Rusiyanın təsir dairəsinə atmağa çalışır.

İraq nümunəsi gözümüzün qabağındadır. Bir daha xatırladaq ki, bölgədə süni olaraq yaradılan çox hissəli dövlət modeli bir müddət sonra dövlətdən kənar aktyoru ön plana çıxardı və bununla da, yaradılan bu terrorçuluq əvvəl-axır ABŞ-ın və AB-nin özünə qayıtdı.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar