Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Turist yoxdur, toy-yas yoxdur, ətin qiyməti niyə bahalaşır?” - İqtisadçı

“Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 40.4 mln ABŞ dolları dəyərində 22.6 min ton ət idxal edib, bu, 2019-cu ilin eyni ayları ilə müqayisədə 11 min ABŞ dolları (37,5%) və 2.3 min ton (11,2%) çoxdur. Yəni, pandemiyaya, karantin rejiminə baxmayaraq, ət idxalı artıb”...

Bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, mart ayından etibarən ölkəyə turist gəlmir, kafe-restoranlar bağlıdır, şadlıq evlərində toylar ləğv edilib, yas mərasimləri keçirilmir, belə olan halda ət istehlakında ciddi düşmə olmalı, nəticədə isə ət qiymətləri də enməli idi:

“Amma görürük ki, nə qiymət düşür, nə də idxal azalır, bilirsiz niyə? Çünki hökumətin pambıq sevdası ölkədə heyvandarlığa ağır zərbə vurub, ənənəvi heyvandarlıq rayonlarına zorla pambıq əkdirdilər, örüş yerləri, yem əkin sahələri texniki bitkilərə ayrıldı, nəticədə ölkədə həm ciddi su problemi yaşanır, əkin yerlərinə su çatmır, həm də heyvandarlığın yem bazası azalıb, yem qiymətləri artıb, bu da ətin qiymətlərinə təsir göstərir. Bizim ənənəvi heyvandarlıq rayonlarımız, bölgələrimiz var, camaat da yüzillərdir ki, mal-qara, qoyun-quzu saxlamağa öyrənib, bu yanaşmanı təşviq etməkdənsə, süni olaraq pambıq sevdasına düşmək məntiqsizlik idi. Nəticə də göz qabağındadır, yəni turist yoxdur, toy-yas yoxdur, kafe-restoran bağlıdır, amma xaricdən ət almağı keçən ilə görə 11% artırmışıq, ətin qiymətində də enmə yoxdur. Məmləkətdə hər bir sahə belədir, elmi yanaşma yox, modellər qurmaq yox, araşdırmaq yox, sadəcə küyə düşmək və məmur maraqları var”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar