Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

TƏBİB bacarmadı, xaricdən gələnlər bacaracaqmı? - Günün sualı...

Xarici mütəxəssislərin ölkəmizə dəvət edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi?..

Sosioloq: “Əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır”.

Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir. Bu vəziyyətdə bizim başqa yolumuz yox idi”.

Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssisin ölkəmizə gəlməsini PİA.az-a şərh edərkən bildirib.

Xəbər verdiyimiz kimi Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib.

Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksəkixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

Xarici mütəxəssislərin bu işə cəlb edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi və xaricdən gələnlərin infeksiyasının geniş yayılmasının qarşısını ala biləcəyinə inanmaq olar? Ümumiyyətlə pandemiya ilə mübarizədə bu addım düzgün addımdır?

Elçin Bayramlı: “Karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları açıb küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil”.

Hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etməyin öyünüləsi iş olmadığını bildirən sosioloq PİA.az-a əlavə edib ki, bu elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir:

“Ümumiyyətlə, hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etmək öyünüləsi iş deyil. Bu, əskinə, elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir. Hələ, ötən əsrin ortalarında Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir.

TƏBİB-in bu günə qədər elədikləri sadəcə qarmaqarışıq “testlərdən” ibarət idi və bu “testlərdən” əldə olunan nəticənin acınacaqlı olacağı da əvvəlcədən şübhə doğurmurdu. Çünki karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları açıb küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil. Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi. Ona görə də bu vəziyyətdə bizim başqa ölkədən mütəxəssis çağırmaqdan başqa yolumuz yox idi.

Viruslarla mübarizədə effektiv tədbirləri olan, virusologiya, mikrobiologiya elmində güclü bazası olan ölkələrdən mütəxəssislər dəvət etməyə məcbur idik. Amma ölkə seçimində də, optimallığı kənara qoyub başqa meyarlara üstünlük verdik.

Elçin Bayramlı: “Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi”.

Məsələn, Türkiyə bizə qonşu və dost ölkədir, lakin orada mikrobiologiya, virusologiya, bakteriologiya elmi çox zəif səviyyədə olub və onların belə epidemiyalarla öz güclərinə mübarizə ənənələri də yoxdur. Belə yüksək elmlər ancaq fövqəldövlətlərdə olub və zəif ölkələr bu sahələrdə həmişə onlardan asılı olub. Yaxşı olardı ki, bu elmlərdə dünyanın ən güclü ölkələri olan Britaniya, Rusiya, Yaponiya və Çin kimi ölkələrdən xüsusi mütəxəssislər dəvət edilsin.

Hər bir halda, əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır. Ümid edək ki, onlar bu problemin öhdəsindən gələ biləcəklər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar