Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

ABŞ-ın ÜST-dan çıxması nəyi dəyişəcək?

ABŞ hökuməti 2021-ci il iyulun 6-da Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tərk edəcək...

 Bununla bağlı artıq rəsmi qərar elan olunub və BMT məlumatlandırılıb.

ABŞ hökuməti və ÜST arasında gərginlik bu ilin yazında qeydə alınıb. Vaşinqton bu qurumu pandemiya ilə əlaqədar ölkələri vaxtında xəbərdar etməməkdə, Çinə dəstək verməkdə ittiham edir.

Hazırda pandemiyanın davam etdiyi bir vaxtda bu qərar Ümumdünya Səhiyyə Təşkilatının fəaliyyətinə necə təsir edəcək? Ümumiyyətlə, ÜST pandemiya dövründə nə dərəcədə faydalı bir qurum kimi özünü göstərdi?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Cində virus yayılan ilk günlərdən Ümumdünya Səhiyyə Təşkilatı ilə bağlı sulların sayı artmaqdadır.

"Birincisi, ÜST virusun təhlükəliyini ilk gündən müəyyənləşdirə bilmədi. Əksinə, Cinlə əlbir olaraq açıqlamalar verilirdi ki, guya bu virus qorxulu deyil, insandan-insanaya yayılmır. Cinlə həm də o məsələdə əlbir oldular ki, proses gecikdirildi, vaxtında üstünə düşülmədi. Beləliklə də virus bütün dünyaya yayıldı. Amerika prezidenti ilə yanaşı, digər ölkələrin prezidentləri zaman-zaman ÜST-ü tənqid etməyə başladılar", - deyə politoloq qeyd edib.

Exan Şahinoğlu hesab edir ki, ABŞ Prezidenti Donald Tramp daha qətiyyətli addımlar atır:

"Amerka bu təşkilatı tərk edəcəyini açıqladı. Bu qərar ÜST üçün böyük zərbədir. Çünki əsas sponsorlarlardan biri Amerika Birləşmiş Statıdır, 10 milyonlarla dollar ayırırdı. ÜST bu maliyyə hesabına həm işçilərini saxlayır, həm də müəyyən çalışmalar həyata keçirirdi. İndi bundan məhrum oldu".

Politoloqun fikrincə, daha bir neçə ölkə də ÜST-ü tərk edə bilər:

"Ondan sonra təşkilatın vəziyyəti daha da ağırlaşacaq. Əgər təşkilat yenidən qurulsa, rəhbərlik dəyişsə, ona inam yenidən bərpa oluna bilər. Amma hazırda bu təşkilata inam qalmayıb. Bu buraxılmış səhvlər dünya ölkələrinə baha başa gəldi. Ölənlərin sayı 500 mini ötdü. Dünya iqtisadiyyatı bərbad hala düşdü. Buna görə ÜST məsuliyyət daşıyır".

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

“Putin dəfələrlə Ərdoğanla Qarabağ haqda danışıqdan yayındı, bu dəfə isə...”

Övladlarına ildə 300 min dollar xərcləyən deputat: “Qısqanclıqla yanaşmaq doğru deyil”

"Bir mərdimazarın şantajının qurbanı oldum" - Samir Piriyev

Gərginlik: Ramin Bayramlı Rüfət Quliyevlə nəyi paylaşa bilmir?

Dünən gecə çox sayda livanlı erməni Ermənistana gəlib

Baş nazir: “Biz sizin üçün banan ölkəsi deyilik”

Karantin rejimi yenidən sərtləşdirilə bilər — Açıqlama

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? — TƏBİB-dən açıqlama

"Bandotdel"də monitorinq keçirildi - Rəsmi açıqlama verildi

Ankarada Türkiyə-Azərbaycan danışıqları - Yeni nazirin ilk səfərində Moskvaya mesaj...

loading...

Ən çox oxunanalar