Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Şirəliyevin Bakıda 1 hektarlıq villasının görüntüləri yayılıb – Foto

Səhiyyə nazirinin özü isə Almaniyanın Erlangen şəhərində müalicə alır, yerli səhiyyə sisteminə etibar etmir...

Səhiyyə naziri Oktay Şirəliyevin Bakının Şüvəlan qəsəbəsindəki villasının görüntüləri yayılıb. PİA.az xəbər verir ki, bu barədə Almaniyada yaşayan jurnalist Həbib Müntəzir məlumat yayıb.

Jurnalistin sözlərinə görə, nazirin villası 500 kv.metrlik olmaqla 1 hektarlıq ərazidə yerləşir: “İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, güya ki, millidir”.

Həbib Müntəzirin yaydığı məlumatda Oqtay Şirəliyevin Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da iddia olunub:

“Yadınızdadırsa, mart ayında koronavirus testləri ilə əlaqədar Səhiyyə nazirliyinə 38 milyon manat vəsait ayrılmışdı. Dövlət büdcəsindən isə 2020-ci il üçün 2 milyard manatdan çox vəsait ayrılıb. Bəs siz azərbaycanlılar bunu öz həyatınızda hiss edirsinizmi? Yox, əlbəttə ki, çünki sizin adı olub, özü olmayan Səhiyyə naziriniz Oqtay Şirəliyev o vəsaitləri villalarına xərcləyib”, deyə Həbib Müntəzir deyib.

“500 kvadrat metrlik villa Şüvəlanda yerləşir. İçərisində kiçik hovuzu və buta ornamentli qazonu var, guya millidir. Səhiyyəni məhv edən Oqtayın Qubanın Qələdüz kəndində milyonluq malikanəsi olduğu da deyilir. 15 illik nazir səhiyyəni o qədər çökdürüb ki, özü belə özünü Azərbaycan həkimlərinə etibar etmir, Almaniyanın Erlangen şəhərində müalicə alır...” – Müntəzir qeyd edib.

Fotonu təqdim edirik:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar