Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Oqtay Gülalıyevin oğlundan sensasion açıqlamalar

"Atamı bu vəziyyəyə salan hər bir şəxs məhkəmə önünə mütləq çıxarılacaqdır!"

"Çalışıram ki atamla bağlı baş verən hadisələrlə gündəmi zəbt etməyim. Atamın hazırkı durumuna, o cümlədən City hospitalda əməliyyatın gecikdirilməsinə bais olan şəxslərin məhkəmə önündə cavab verməsinə nail olmaq istəyirik. Əlbəttə, ölkədə mövcüd istintaq və məhkəmə orqanlarının ədalətli və tərəfsiz olacaqlarına inanmıram. Sadəcə, əvvəl də bildirdiyim kimi, əgər hakimiyyət nümayəndələri hadisənin siyasi olmadığını iddia edirlərsə, ailəmizə və ictimaiyyətə qaranlıq olan məsələləri tam olaraq araşdırılmasında hakimiyyətin özü maraqlı olmalıdır. Çünki hadisənin siyasi olub olmadığını ancaq dövlət strukturları müəyyən edə bilər, kimlərsə yox. Bu səbəbdən, istintaqın və məhkəmə orqanlarının işi düzgün aparmadığı təqdirdə, atamın işinin arxasında birmənalı mövcud rejimin dayandığını müəyyən edəcəyik".

PİA.az-ın xəbərinə görə, bunu avtomobil qəzasından sonra komaya düşən Oqtay Gülalıyevin oğlu Əli Gülalı deyib.

"Biz ailəmiz olaraq heç kimdən atamın xərclərinin qarşılanmasından doğan bir yumşaqlıq öhdəliyi götürməmişik, əksinə bizə bu işin tam şəkildə araşdılacağına dair dəfələrlə söz verilib. Amma, hadisədən artıq 8 aydan çox bir müddətin keçməsinə baxmayaraq, nəinki vəziyyəti kritik olduqda atamın əməliyyatını saatlarla gecikdirən City Hospitalın baş həkimi – quldur Toğrul Adıgözəlov və xəstəxana rəhbərliyi cəzalandırılıb, indiyənə qədər heç onlardan ifadə də alınmayıb! Necə olur ki, qəzadan 4 saat sonra belə anamla söhbət edən atam bu gün 8 aydan çoxdur komadadır və, atamı bu vəziyyətə salan məxluqlar əllərini-qollarını sallaya-sallaya gəzirlər?!

Başqa bir məsələ də odur ki, atamı City hospitala daşınmasının məsuliyyətini dostlarının təkilifi ilə həkim Adil Qeybulla öz üzərinə götürmüşdü. Çox böyük üzüntü ilə qeyd edim ki, mən və qardaşım hadisə baş verən zaman Azərbaycanda olmamışıq… və anama City hospitalda nə gərəkirsə ediləcəyini Adil Qeybulla özü şəxsən söz verib. Hadisənin canlı şahidi olmuş bir yaxınımız (adın çəkmirəm) Adil Qeybulla ilə telefonala danışarkən ona sual verib ki, bəs Firuzə xanım (anam) əməliyyat edilməmişdən 5 SAAT öncə tezdən saat 7-də sizə zəng edərək, Oktay bəyin vəziyyəti ağırdır: gözü bərəlib, boğulur, Oktay bəy itiririk təcili özünüzü yetirin deyərkən niyə söylədiz ki, mən universitetdə dərsdəyəm, gələ bilmirəm? Adil həkim cavab verib ki, dərsdə olmayıb, sadəcə qorxub gəlməyə. Deyib ki, mənə Güc Strukturlarından xəbərdarlıq edilmişdi getməyim xəsdəxanaya.. Mən özüm sual edirəm Adil bəyə, Necə yəni qorxdum gəlməyə?! İşinizi itirməkdən, həbs olunmaqdan bu qədərmi qorxursuz? Niyə bunları ictimaiyyətə açıqlamadız? Əgər ondan qorxduzsa, bizə ən azından necəsə xəbərdarlıq, işarə edə bilərdiniz axı! Bəs əməliyyat bitdikdən sonra necə xəstəxanaya gəlib, deyə bilirsiz ki əməliyyat gecikdirilməyib, uğurlu keçib?!

Ölkənin Baş Prokurorluqdan az qala hər həftə atamı çağırtdırıb, ölkədə heç bir şəxsin Güc Strukturaları tərəfindən işgəncə verilib, günahsız öldürülmədiyini; şərlənərək həbs olunmadığını vurğulayaraq, atamı dövlətimizin imicinə zərbə vurmaqda günahlandırırdılar. Bəs niyə Baş Prokurorluq ortada bu qədər faktların, şübhənin olduğu halda, atamın işi ilə bağlı özləri bu vaxta qədər araşdırma aparmırlar? Niyə indiyənə kimi quldur Toğrul Adıgözəlov əməliyyatı hansı səbəblərdən saatlarla ləngitdiyini, ümumiyətlə hansı səbəblərdən onun sahəsi olmayan xəstəni şəxsi nəzarətinə götürdüyünü sorğu-sual etməyib? Niyə araşdırılmır ki, Adil Qeybulla`nı bu işlə bağlı kim təhdid edib, yoxsa ümumiyyətlə o götürdüyü məsuliyyəti öz boynundan atır? və digər məsələlər. Məgər atamın düşdüyü hazırki durum və cəzasızlıq dövlətin imicinə xələl gətirmirmi, yoxsa prokurorluq ancaq hökümətin tənqidçilərini təhdid mexanizmi funksiyasını yerinə yetirir? Yaxud düşünürsüz ki, bundan öncəki həmkarlarındakı kimi atamın da qanını belə batırassız? Edə bilmiyəcəksiz! Gec və ya tez atamı bu vəziyyəyə salan hər bir şəxs məhkəmə önünə mütləq çıxarılacaqdır!" - Ə.Gülalı qeyd edib.

Müsavat Partiyasının başqanı da fikirlərini bölüşüb: "Səhər tezdən City hospitalda olmuşam. Orada baş verənlər dəhşət idi.
Normal müayinəni və əməliyyatı gecikdirməklə cinayət etdilər. Müdaxiləmiz olmasa bəlkə də heç normal müayinə də, əməliyyat da olmayacaqdı. Xəstəxananın mühafizəçisi Oqtay bəyin yaxınlarını heç birinci mərtəbədən buraxmırdı. Qışqırığı aləmi bürümüşdü.
Yalnız bizim müdaxiləmizdən sonra kimlərləsə məsləhətləşib özünü normal aparmağa başladı.

Ciddi müayinəni də, əməliyyatı da unutmuşdular. Amma ailənizə gecə ikən xəstəxananın hesabına böyük məbləğdə vəsait ödətməyi unutmamışdılar. Bu bir rəzalət idi". (Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar