Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü - Video

2019-cu ilin may ayının 3-də Sumqayıt şəhərindəki “Karvan” ticarət mərkəzində yerləşən eynək dükanında dəhşətli cinayət hadisəsi baş verib...

Seymur Abdullayev və Gülnar Əmənova Təcili Yardım Xəstəxanasına bıçaq xəsarətləri ilə daxil olublar.

Baku TV xəbər verir ki, göstərilən tibbi yardıma baxmayaraq, qadın mayın 14-də vəfat edib və Seymur Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.

İstintaqla müəyyən edilib ki, əvvəllər dörd dəfə məhkum olunmuş Seymur Abdullayev tanış olduğu Gülnar Əmənova ilə 2015-ci ildən qeyri-rəsmi nikahda yaşayıb. Qadının mobil telefonla ondan gizli başqa şəxslərlə danışmasından şübhələndiyinə görə tez-tez aralarında mübahisələr yaranıb, 2019-cu ilin aprel ayında cütlük ayrılıb.

Həmin ilin may ayının 1-də Seymur “Cavid” ticarət mərkəzinin yaxınlığında olarkən, arvadının tanımadığı şəxslə birlikdə getdiyini görüb. Buna görə də Gülnarı öldürmək qərarına gəlib. Ayın 3-ü, saat 17 radələrində Seymur sərxoş vəziyyətdə arvadının işlədiyi eynək mağazasına gələrək, sonuncu ilə mübahisə edib.

Gülnar Əmənova onunla yaşamaq istəmədiyini söylədikdə, bıçaqla qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Onları ayırmağa çalışan vətəndaşlara imkan verməyərək, Seymur yenidən qadına çoxlu sayda xəsarətlər yetirib.

Cinayətin təfərrüatı Baku TV-nin xüsusi reportajında:

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar