Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Mossad” İranın kütləvi hücum planının qarşısını aldığını bildirir

İsrailin kəşfiyyat agentliyi “Mossad” bəyan edib ki, az əvvəl İranın bütün dünya üzrə İsrail səfirliklərinə planlaşdırdığı hücumlar seriyasının qarşısını alıb...

Virtualaz.org xəbər verir ki, bu haqda “Times of İsrael” qəzeti yazır. Bildirilir ki, “Mossad”ın bəyanatı İsrailin “Channel 12” telekanalının efirində ivrit dilində səslənib. Məlumata əsasən İran Avropada və digər yerlərdə İsrail səfirlikləriinə qarşı “terror planları” həyata keçirməyə cəhd edib. “Mossad” isə bu planları vaxtında aşkar edib və qarşısını alıb.

İranda məyusluq sürətlə artır”,-İsrail kəşfiyyatının bəyanatınd deyilir. Terror planlarının hansı ölkələrdə həyata keçiriləcəyi haqda heç nə deyilmir, amma bildirilir ki, həmin ölkələrin hökumətləri ilə əməkdaşlıq sayəsində fəlakətin qarşısını almaq mümkün olub.

İsrail bundan əvvəl də İranı xaricdəki səfirliklərinə qarşı terror planları hazırlamqda ittiham edib. Məsələn, 2013-cü ildə İsrailin Bakıdakı səfirliyinə hücum hazırlayan İran vətəndaşı həbs edilmişdi.

İranla İsrail arasında gərginlik son günlər yenidən artıb. İranın Parçin hərbi bazasında və ardınca Natanz nüvə mərkəzində sirli partlayışlar baş verib. Bu hücumların İsrailin diversiyası olduğu haqda xəbərlər var. Partlayışlar İranın zənginləşdirilmiş uran proqramına zərbə vurub. Bəzi İran rəsmiləri İsralin həmin diversiyanı kiberhücum vasitəsilə həyata keçirdiyini təxmin edirlər.

“Kiberhücumlara reaksiya bizim ölkəmizin müdafiə gücünün tərkib hissəsidir. Əgər sübut olunsa ki, ölkəmiz kiberhücuma məruz qalıb, biz buna cavab verəcəyik”,-İranın mülki müdafiə rəisi Qulamrza Cəlali dövlət televiziyasına müsahibəsində bildirib.

İsrail isə İranda son günlər baş vermiş partlayışlarda əli olduğunu nə təsdiq edib, nə tamamilə inkar etməyib. Müdafiə naziri Benni Hants bildirib ki, İranda baş vermiş hər bir insidentin arxasında mütləq İsrail dayanmaya bilər. Xarici işlər naziri Qabi Aşkenazi isə bildirib ki, İsrailin uzunmüddətli strategiyası İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir. “Bu məqsədlə İsrail addımar atır, amma onların barəsində danışmasaq yaxşıdır”,-o deyib.

pia.az


Etiket: İsrail Mossad


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar