Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İqor Nikulin: “Virus yarasalarda yaşamır, onu Birləşmiş Ştatlarda icad ediblər”

Təxminən ay yarım əvvəl Media.Az BMT-nin Bioloji Silahlar üzrə Komissiyasının keçmiş üzvü, rusiyalı hərbi ekspert İqor Nikulinlə söhbət etmişdi...

Söhbət əsnasında İ.Nikulin COVID-19-un birmənalı şəkildə laboratoriya şəraitində yaradıldığını və bu virus üçün hələ də heç bir təbii rezervuarın tapılmadığını bildirmişdi.

Bu gün yenidən Media.Az-ın qonağı koronavirusun süni mənşəli olmasına əminliyini təsdiqləyən İqor Nikulindir.

- Əlbəttə, bu virus laboratoriya şəraitində yaradılıb. Hərbi virusoloqlarımızın bununla bağlı şübhəsi yoxdur. Virus süni şəkildə yaradılıb, əvvəl də dediyim kimi, harada yaradıldığı da məlumdur – ABŞ-ın Şimali Karolina Universitetinin laboratoriyasında.

Baxın, eyni vaxtda Yer kürəsinin tamamilə müxtəlif guşələrində koronavirusun yeddi müxtəlif ştammı ilə yoluxmaq mümkündürmü? Üstəlik də, heç bir təbii ocaq olmadan! Bu virus insan hüceyrəsindən başqa heç bir orqanizmdə yaşamır. Buna sübutlar da var. COVID-19-a qarşı peyvənd yaratmaq üçün bir vaxtlar işlədiyim Rusiya Elmlər Akademiyasının Engelhardt adına Molekulyar Biologiya İnstitutunda insanlaşdırılmış siçanlar yaratmaq lazım gəldi.

Yeri gəlmişkən, institutun direktoru, akademik Aleksandr Makarov bu barədə Rusiya Prezidenti Vladimir Putinə məruzə edib. İnsanlaşdırılmış siçanların yaradılması zərurəti də məhz digər heyvanların sadəcə olaraq yoluxmadığı üçün ortaya çıxdı. Lakin insan genomu hissələri daxil edilmiş siçanları yoluxdurmaq olur. Virus panqolinlərdə (ciftli məməlilər dəstəsi - red.) və yarasalarda deyil, məhz onlarda yaşayır. Yeri gəlmişkən, peyvəndin yaranmasında əsas problem də bundadır.

- Rusiyalı həmkarların sözlərindən bilirəm ki, Rusiyada xəstələnmiş insanların sayını təyin etmək üçün koronavirusa qarşı anticisimlərin mövcudluğunu müəyyənləşdirmək məqsədilə testlərdən fəal istifadə olunur...

- ...Bəli, bu, həm statistika, həm də gələcək üçün proqnozlar baxımından əhəmiyyətlidir.

- Bu yaxınlarda ekspertlərin Yaponiyada kifayət qədər yüngül karantin qaydalarına baxmayaraq, orada COVID-19-a yoluxmuş insanların sayının qonşu ölkələrdəki kimi yüksək olmadığının qeyd edildiyi müşahidələrinə diqqət yetirdim. Bu, yaponların həyat tərzi ilə əlaqələndirilir. Onlar əllə salamlaşmır, təzim etməklə kifayətlənirlər, sosial məsafəni hər zaman gözləyirlər, Yaponiyada gigiyena kultu və s. var. Belə çıxırmı ki, yaponlar hətta pandemiyadan əvvəl də karantindəki kimi yaşayıblar? Hamımızın Yaponiyanın təcrübəsini qəbul etməyimiz lazım gəlməyəcək ki?

- Bəli, yapon həyat tərzi kömək edəcək. Çünki həqiqətən də, istənilən halda pandemiya dövründə sosial məsafəni gözləmək lazımdır. Təbii ki, yapon ənənələri bu baxımdan kömək edəcək. Yeni virusların yaradılması texnologiyasının yayıldığını və özəl korparasiyalara da keçə biləcəyini nəzərə almaqla bu, xüsusən vacibdir.

Gələcəkdə hələ nələrlə qarşılaşacağımızı təsəvvür etmək belə çətindir.

pia.az


Etiket: İqor Nikulin


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar