Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Pandemiyadan sonra dünyanı gözləyən iki ssenari

BMT Baş katibi Antonio Quterreş koronavirus pandemiyasından sonra dünya üçün iki ssenari – həm nikbin, həm də bədbin proqnozlar barədə fikirlərini açıqlayıb...

O, məsələyə “Aftonbladet” nəşri üçün yazdığı məqalədə münasibət bildirib.

Baş katib pandemiyanın həm ölkələr daxilində, həm də dövlətlər arasında münasibətlərdə bərabərsizliyi artırdığını bildirib.

Onun sözlərinə görə, ölkələr mövcud vəziyyətin öhdəsindən gələ, uğurlu bərpa planı hazırlaya və inkişaf etməkdə olan ölkələrə kifayət qədər kömək göstərə bilsələr, nikbin proqnoz barədə danışmaq olar. Növbəti doqquz ay ərzində koronavirusa qarşı effektiv və əlverişli peyvəndin yaranması ilə belə bir ssenarini həyata keçirmək mümkündür.

Bədbin ssenaridə isə dövlətlər pandemiya qarşısında birləşməyəcək, virusun yeni yayılması başlayacaq, peyvənd üzərində işlər ləngiyəcək, yaxud da ancaq “zəngin” ölkələr onu əldə edə biləcəklər. “Bu ssenari gerçəkləşərsə, seqreqasiya, populizm və ksenofobiyanın necə böyüdüyünü görəcəyik”, - deyə, Baş katib yazıb.

A.Quterreşin fikrincə, bədbin proqnoz reallaşdığı təqdirdə 5-7 il ərzində qlobal depressiyanın başlanğıcını görə biləcəyik.

O qeyd edib ki, dünyanın indi hansı tərəfə doğru getdiyini anlamaq çətindir, ancaq ilk ssenari üçün əldən gələn hər şeyi etmək lazımdır, bununla yanaşı, ikinci ssenariyə də hazırlaşmaq vacibdir.(pravda.az)

pia.az


Etiket: Quterreş


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar