Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Meydana hindular girir - “Qurucu Atalar”ın dağıdıcı tarixi və ABŞ-da “mədəni müharibə”...

ABŞ-da prezident seçkiləri qalmaqallı olacaq və görünür ki, bu seçkilər Trampın irqçilik siyasəti əleyhinə keçirilən etirazlarlarla və “Qurucu Atalar”a qarşı olan nifrətlə müşayiət olunacaq...

Abdullah Muradoğlu

“Yeni Şafak” qəzeti, Türkiyə, 7 iyul 2020-ci il

Hazırda Amerika tarixinin qaranlıq səhifələri ilə bağlı aparılan müzakirələr olduqca ciddidir. Qaradərili amerikalı Corc Floyd ağ dərili bir polis tərəfindən boğularaq öldürüldükdən sonra başlayan kütləvi etirazlarda “ABŞ-ın Qurucu Ataları” kimi tanınan şəxslərlərin abidələri və heykəlləri hədəf alınıb.

Trampın prezident seçilməsi ilə ABŞ-dakı “mədəniyyət müharibələri” daha da dərinləşib. Trampın ABŞ Məhkəməsinə etdiyi təyinatlar da bu mədəni müharibələrin ən vacib cəbhəsini təşkil edir. Respublikaçılar “mədəni müharibələrdə” məğlub olduqlarını bilirlər və əllərində olan yeganə silahın Ali Məhkəmə olduğunu düşünürlər. Buna görə də Mühafizəkarlar Trampı dəstəkləyirlər. Ancaq Məhkəmə sistemi hələ də Respublikaçıların istədiyi səviyyədə mühafizəkarların təmsilçiliyinə çevrilməyib.

ABŞ-da Covid-19 pandemiyasında 130 mindən çox insan həyatını itirərkən, qarşıdan gələn noyabr ayında prezident seçkiləri keçiriləcək. Görünür ki, bu seçkilər Trampın irqçilik siyasəti əleyhinə keçirilən etirazlarlarla və “Qurucu Atalar”a qarşı olan nifrətlə müşaiyyət olunacaq. Belə təssurat yaranır ki, Tramp “mədəni müharibələri” bir seçki metaforası kimi tərtib edərək istifadə etməyə çalışır. Ancaq Trampın qarşısında özü kimi “qoca” və “ağ amerikalı” olan, keçmiş vitse-prezident Co Bayden var.

Qoca və ağ dərili olmaq Amerika siyasətinin ciddi bir komponentidir. Bu təsnifata uyğun olanlar “Amerika Röyası”nın ən qədim istifadəçiləridir. Digər tərəfdən, bu iki amil “Korporativ Amerika”nı təmsil edir. Lakin Bayden Trampın “Amerika Milləti” üçün bir təhdid kimi göstərdiyi mənzərəyə heç uyğun gəlmir. Buna görə, Trampın işi bu dəfə çətin olacaq. Məsələn, bir anketə görə, Respublikaçıların 53%-i Floydun öldürülməsindən sonra başlayan etirazları dəstəkləyir.

“Mədəniyyət müharibələri”nin Tramp qarşı olan cəbhəsində, əsasən, mərkəzi media, universitetlər, fərdi silahlanmaya qarşı çıxan hərəkatlar, qadın hərəkatları, qaradərili hərəkatlar, beynəlxalq təchizat şəbəkələri, habelə Amerikanın böyük texnologiyasının mərkəzi olan “Silikon Vadisi”nin bir çox görkəmli simaları var. Cəbhənin bu tərəfi Covid-19 virusunun yayılması ilə daha da mütəşəkkil hala gəlib.

İrqçilik əleyhinə etirazlar Amerika tarixinin digər üzünə məxsus kitablara, filmlərə və mahnılara olan marağı da artırıb. Yəni amerikalılar yenidən öz tarixləri ilə üzləşirlər. Tramp isə 4 İyul gününü (Müstəqilli günü) Cənubi Dakota ştatında, 4 ABŞ prezidentinin nəhəng portretlərinin həkk olunduğu Raşmor dağının “Qara təpələr” adlanan qayalıqlarında qeyd edib. Trampın Qara təpələrdəki çıxışı “mədəniyyət müharibələri” ilə prezident seçkilərinin əlaqəsini göstərən ilk səhnə idi.

“Qara Təpələr”in başqa bir xüsusiyyəti Amerikanın yerli xalqı olan hindular üçün bir ziyarətgah hesab edilməsidir. Bu xalqlar, həm də avropalı işğalçıların ilk qurbanları idilər. Yerli sakinlər işğalçı lidərlərin heykəllərini özlərinə qarşı təhqir hesab edirlər. Heykəllərə baxan bir yerli sakin ilə ağ amerikalının gördüyü şeylər tamamən fərqlidir. Əslində, “Qara Təpələr” və ətrafındakı ərazilərin onlardan oğurlandığını vurğulayan tayfalar bu ərazidə 4 İyul tədbirlərinin keçirilməsinə etiraz edirlər. Yerli sakinlər qan yaddaşlarında çox pis yer tutan bu heykəlləri görmək istəmirlər.

Virciniyadakı kəndlərdən birinə tərk edilmiş heykəllər

“Qara təpələr”dəki heykəllər 1927-1941-ci illər arasında inşa edilib. Abidənin dizaynını və inşasını öz üzərinə götürən şəxs isə danimarkalı əsilli Amerika heykəltəraşı Qutzon Borqlam idi. Borqlamın çox da dilə gətirilməyən bir xüsusiyyəti isə əsl “ağ irqçi” olması idi. Borqlam yüzlərlə qaradəlini linç edən və “başlıqlı qatillər” kimi tanınan “Klu Klux Klan” adlı ağ dərili irqçi təşkilatın üzvü idi. Bu klan Borqlamın bir çox layihəsinin sponsoru idi. “Qara təpələr”isə bir vaxtlar təşkilat üçün görüş yeri idi və məbəd hesab olunurdu.

Ağ amerikalılar turistlərin ziyarət yeri olan “Qara təpələr”ə “Demokratiya məbədi” kimi hörmət edirlər. Yerli tayfalar isə əksinə, gənc nəsillərin bu nağıla inanmasını istəmirlər. Görək bu işin sonu hara gedəcək.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar