Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Avromed" dərman bazarında "dominantlıq" edir - Cavanşir Feyziyevin şirkəti rəqib tanımır

“Avromed” şirkəti yaranmış durumdan istifadə edərək rəqib aptekləri sıradan çıxarmağa çalışır...

Belə bir iddia ilə Mingəçevirdə fəaliyyət göstərən bir neçə əczaçı çıxış edib. PİA.az-ın xəbərinə görə, aptek işçiləri deyirlər ki, şirkət koronavirusun müalicəsində istifadə olunan dərmanları onlara satmır: “Tarif Şurası tərəfindən qiyməti tənzimlənən virus əleyhinə arbidol pereparatının distribüteri olan “AvroMed” şirkəti bu pereparatı ancaq öz doktalarına (apteklərinə-red) verir.
Bizim kimi lisenziyası olan apteklərin sifarişini, depoda yoxdur deyə geri çevirirlər. Ancaq hamımız bilirik ki, öz doktalarına əlaltdan bu pereperatı sifariş əsasında ötürür. Sadəcə olaraq bizim doktalardan fərqimiz odur ki, onlar bütün dərmanları nağd satırlar, biz isə depoya nağd ödəniş etsək də, imkansız xəstələrimizə maaş, pensiya vaxtı hissə-hissə ödəmələrinə razılaşaraq nisyə veririk. Yəni, bir sözlə, Tarif Şurasının qoyduğu qiymətə satsaq da, imkansız insanlarımızı geri çevirmirik.

Son günlər dəfələrlə bu pereparat üçün kifayət qədər xəstə müraciət edib, ancaq depo sifarişimizi qəbul etmədiyi üçün yoxdur deməyə məcbur olmuşuq”. Əczaçılar deyirlər ki, “Avromed” arbidolu həm də özəl klinikalara topdan baha qiymətə satır: “Dövlət tərəfindən 7 manat qoyulan qiymət indi 60-150 manat arasında dəyişir. Öz apteklərində bu qiymətə satırlar”. “Avromed”dən suallara yalnız Şəhla Mahmudovanın cavab verə biləcəyi deyilsə də, onun e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verilmədi.

Qeyd edək ki, “Avromed”in sahibi deputat Cavanşir Feyziyevdir. (AFN)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ən çox oxunanalar