Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Əmanətçilər etiraz edir, Fond məhkəməyə məktub göndərib

Problem necə çözüləcək?...

Bu gün bağlanan bankların əmanətçilərinin bir qrupu Mərkəzi Bankın qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. “Atabank” ASC, “Ag Bank” ASC və “NBC Bank” ASC-yə yatırdıqları vəsaiti geri ala bilməyən şikayətçilər dövlət bankını ittiham edərək bildirirlər ki, vəziyyətin bu həddə gəlməsində adıçəkilən qurum günahkardır.

“Azpolitika.info”-ya müraciət edən əmanətçilər isə bildiriblər ki, Əmanətlərin Sığortalanması Fondu onların depozitlərini kompensasiya etməkdən imtina edir:

“Bizə Fonddan dedilər ki, ötən il iyul ayının 23-dən sonra bağlanan banklarda əmanət yerləşdirənlərə pul ödənilməyəcək. Bu, Mərkəzi Bankın qərarı ilə bağlıdır. Dövlət bankı həmin tarixdə banklara məktub yazaraq bildirib ki, əmanət qəbul edilməsi dayandırılmalıdır. Amma banklar nəzarətedici qurumun bu tələbini qulaqardına vuraraq vətəndaşlardan əmanət qəbulunu davam etdiriblər. İndi zəhmət çəkib həmin vəsaitləri öz hesablarına qaytarsınlar”.

Əmanətçilər isə Mərkəzi Bankın bu məktubundan xəbərsiz olduqlarını, qanunvericiliyə uyğun olaraq, sığorta şərtlərinə əməl edərək kommersiya banklarına vəsait qoyduqlarını deyirlər. “Bizim hər hansı təqsirimiz yoxdur, bu məsləni öz aralarında həll edib bizim pullarımızı geri qaytarmalıdırlar”-deyə şikayətçilər vurğulayıblar.



Xatırladaq ki, bağlanan bankların ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyev jurnalistlərə bildirib ki, əmanətçilərin həmin banklarda 670,7 milyon manat pulu var: “Bu məbləğə əslində sığortasız əmanətlər də daxildir. Tənzimləyici qurum bəzi banklara əmanət qəbulunu qadağan etsə də, onlar vətəndaşlardan əmanət qəbul etməyə davam ediblər. Hazırda vətəndaşların haqlı narazılığını müşahidə edirik. Hələlik onu deyim ki, “Amrah Bank”da 17 min əmanətçinin 144,9 milyon manat, “Atabank”da 25,6 min əmanətçinin 254,4 milyon manat, “AGBank”da 22,8 min əmanətçinin 134,2 milyon manat, “NBC Bank”da isə 8,7 min əmanətçinin 134,2 milyon manat əmanəti var”.

Bəs problem necə çözüləcək? Mərkəzi Bank tamamilə mühafizəkar mövqe tutaraq bu məsələnin banklarla əmanətçilər arasında həll olunmalı olduğunu bildirir.

Əmanətlərin Sığortalanması Fondu isə başqa yol seçib. Fond əmanətlərin qaytarılması üçün Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Nazirlər Kabinetinə məktub ünvanlayıb.

Fonddan mətbuata bildirilib ki, Mərkəzi Bank tərəfindən ləğv prosesində olan “Atabank” ASC, “AG Bank” ASC və “NBC Bank” ASC-də əmanət qəbuluna qadağa qoyulub.

“Amma bu qadağaya baxmayaraq, sözügedən banklar tərəfindən əmanətlər qəbul edilib, qorunan əmanətlərin həcminin artımı, mövcud əmanətlərin şərtlərinin dəyişdirilməsi yolu ilə qorunan əmanət statusuna aid edilməsinə dair əməliyyatların həyata keçirilməsi müəyyən olunub.

Bundan əlavə, “Atabank” ASC-yə təyin olunmuş müvəqqəti inzibatçının ƏSF-yə təhvil verdiyi ləğv prosesində olan “Atabank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərinin reyestrində əmanətçilərin depozitlərinin bir hissəsi səhvən qorunmayan əmanət kimi qeydə alınıb.

Bu məsələlərlə əlaqədar sözügedən bankların əmanətçilərinin hüquqi mənafelərinin qorunması və əmanətlər üzrə kompensasiyaların verilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunması məqsədilə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinə məktub ünvanlanıb”- deyə məlumatda vurğulanır.

pia.az


Etiket: banklar


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Fəttah Heydərovun dəfnində yüksək çinli məmurlar iştirak edib - Foto

Kəmaləddin Heydərovun atası, deputat Fəttah Heydərov vəfat etdi

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

Bakı İcra Hakimiyyətinin şöbə müdirinin daha bir obyekti üzə çıxdı - Sənəd

Beyrutda baş verən partlayışda ölüm sayı 50 nəfəri ötüb, azı 2750 yaralı var - Video, Foto, Yenilənib

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Fəttah Heydərov haqda maraqlı məlumatlar: 30 il deputat...

loading...

Ən çox oxunanalar