Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DTX-nın həbs etdiyi məmurlar haqda maraqlı məlumatlar

Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs edilən Konsulluq idarəsinin konsulluq-hüquq şöbəsinin rəisi Nurpaşa Abdullayev bir neçə il əvvəl avtoxuliqanlıqla gündəmə gələn Nicat Abdullayevin atasıdır...

Nicat Abdullayev 2016-cı ildə “Kia” markalı avtomobillə avtoxuliqanlıq etmiş və yalnız yol polisi əməkdaşlarının yaratdığı süni tıxac sayəsində zərərsizləşdirilib. O, həmin ilin mayında Nərimanov rayon məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati həbs cəzasına məhkum edilib.

2017-ci ildə isə Nicat Abdullayev qonşularının şikayətilə gündəmə gəlib. Yaşadığı Nəsimi rayonu, İzzət Həmidov küçəsindəki 3 saylı binanın sakinləri iddia ediblər ki, o, eyvandan həyətə şüşə butulkalar, qablar atır. Nəticədə həm bina sakinləri, həm də onların avtomobilləri üçün ciddi təhlükə yaranır. Onun atdığı butulka və qablar dəfələrlə avtomobilləri zədələyib, oradan keçən insanlar möcüzə nəticəsində xəsarət almayıb.

Qonşular bu barədə dəfələrlə Nicatın atası, XİN-in şöbə müdiri Nurpaşa Abdullayevə müraciət etsələr, o, oğlunun qanunsuz əməllərinin qarşısını ala bilməyib.

Hətta əraziyə polis də çağırılıb. Nicat Abdullayevə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşlarının gedişindən cəmi bir neçə saat sonra yenə butulkalar atmağa başlayıb.

O, eyni əmələ görə bir dəfə cəza da alıb. Mediada gedən xəbərlər görə, o, 2017-ci ildə dünyasını dəyişib.

Nurpaşa Abdullayevin XİN-də şöbə müdiri olmaqla yanaşı həm də Bakının 3-cü mikrorayonundakı bazarın sahiblərindən biri olması iddia edilir.

DTX-nin həbs etdiyi digər XİN rəsmisi Fərhad Mollazadə isə Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadənin əmisi oğludur. O, həm də 2000-ci ildən Azərbaycan Memarlar İttifaqının (AMİ) vitse-prezidenti, 2007-ci ildən isə AMİ İdarə Heyətinin katibidir. Ölkə başçısı İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Əməkdar memarı" fəxri adına layiq görülüb.

DTX-nın saxladığı üçüncü şəxs, XİN-in İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri işləyən Səlim Əlizadə isə mərhum energetika naziri Natiq Əliyevin qudasıdır. Bu barədə məlumatı AFN.az yayıb. Xəbərdə deyilir ki, Səlim Əlizadə müğənni Safura Əlizadənin atasıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar