Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Hyatt Regency Baku"hotelindən açıqlama: "Operativ Qərargahdan soruşmuşduq.."

“Hyatt Regency Baku” hoteli sosial şəbəkələrdə karantin qaydalarının pozulmasını əks etdirən videoya münasibət bildirib...

Hotelin gigiyena və sağlamlıq üzrə meneceri Ramin Əzizov bildirib ki, sosial şəbəkələrdə yayılan video sərt karantin rejimindən əvvəl çəkilib:

“Hotelimizdə ölkədə elan edilən karantin qaydalarına riayət edilir. Yayılan görüntülər Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən ölkədə elan edilən karantin rejiminin yumşaldılması zamanı çəkilib. Operativ qərargahdan soruşmuşduq ki, hotelin qonaqları daxili hovuzun kənarında otura bilərlər? Onlar bildirdilər ki, hovuz hotelin daxilindədisə, sosial məsafə qorunmaq şərti ilə olar. Şəkillər və video o zaman çəkilib. Sərt karantin olan kimi hoteldə olan qonaqlara məlumat verildi ki, hovuz ətrafına düşməyə icazə verilmir. İstədiyiniz zaman gəlib baxa bilərsiniz”.

R.Əzizov bildirib ki, hotelə daxil olan qonaqların, işçilərin hərarəti yoxlanılır:

“Hotelin restoranında masalar arasındakı ara məsafə iki metr müəyyən edilib. Əgər qonaqlar ailə deyilsə, hər stolda iki nəfərdən artıq oturulmasına icazə verilmir”.

“Ötən gün Daxili İşlər Nazirliyi tərəfindən “Hyatt Regency Baku” hotelinə baxış keçirilib. Gördülər ki, hovuz kənarında kimsə yoxdur, qaydalara əməl edilir”, - deyə hotel rəsmisi qeyd edib.

Xatırladaq ki, dünən xüsusi karantin rejiminin “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər yayılmışdı. Video yayıldıqdan sonra polisin keçirdiyi əməliyyat zamanı həmin şəxslər saxlanılmışdı.

Eyni zamanda, “Hyatt Regency Baku” hotelində karantin qaydalarının pozulmasını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, iyulun 2-də operativ qərargah COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, SiyəzənŞəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Əvvəllər 10 nəfərin bir yerə toplaşması qadağan idisə, son qərarda bu say beşə endirilib.(Oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar