Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanın yerində olsam, özümü Rusiya təhlükəsindən kənarda hiss etmərəm”

Aleks Qriqoriyevs: “Moskvanın ekspansionizmi və revanşizmi hər yerdə özünü göstərir”...

Şərqi Avropada geosiyasi vəziyyət gərginləşir. ABŞ-ın Almaniyadan 9000 əsgər çıxararaq, Polşada yerləşdirmək qərarı, Vaşinqtonun Şərqi Avropanın lideri olaraq Polşanın timsalında yeni bir geosiyasi mərkəz yaratmaq niyyətində olduğunu göstərir. Latviyalı analitik, tədqiqatçı Aleks Qriqorievs AYNA-ya müsahibəsində yeni geosiyasi qarşıdurmadan danışıb.

- Bildiyiniz kimi, indi ABŞ Polşaya hərbi-siyasi yardımlar edərək, praktik olaraq onu bütün Şərqi Avropanın liderinə çevirir. Bu addımları necə qiymətləndirirsiniz?

-Polşa ABŞ-dan asılı olmayaraq, təbii şəkildə də Şərqi Avropada liderdir. Bu dövlət Avropa İttifaqı və NATO-ya daxil olmuş Şərqi Avropa ölkələrinin ən böyüyüdür. Həm ərazi, həm də əhali baxımından ən böyüyü. Polşanın böyük və uğurla inkişaf edən bazar iqtisadiyyatı, güclü, yaxşı təlim görmüş və təchiz olunmuş ordusu var, ən başlıcası, missiyasını dəqiq bilən dövlət müexanizmi var - Şərqi Avropanın liderinə çevirmək və rus revanşizminə qarşı gələ bilmək. Bununla PolşaABŞ-ın maraqları üst-üstə düşür. Mən ABŞ-ın və Şərqi Avropa ölkələrinin yaxınlaşmasını təbii və zəruri olaraq qiymətləndirirəm.

- Bu siyasət artıq Berlində və Moskvada birmənalı qarşılanmır. Polşa dəqiq hansı missiyanı oynamalıdır? Rusiyanın qarşısnı almalıdır, ya Almaniya başda olmaqla, bütövlükdə Avropa İttifaqını təzyiq altında saxlamalıdır?

- Siz Moskvaya qarşı münasibətlər barədə fikirlərinizi çox diplomatik şəkildə ifadə edirsiniz. Kremlin gizlətmədiyi Avropaya genişlənmək planlarına qarşı hər hansı müxalif çıxış, Putinin bu yaxınlarda ABŞ-da dərc edilən məqaləsindən də gördüyümüz kimi, Moskvanın olduqca neqativ reaksiyasına səbəb olur. Onlar artıq elə bir həddə gəliblər ki, “Molotov-Ribbentrop Paktı” deyilən razılaşmalar əsasında, Hitler və Stalin tərəfindən başladılan İkinci Dünya Müharibəsinin günahını Polşada görürlər.

Almaniyaya gəldikdə, bu ölkənin siyasi və işgüzar elitasında Moskvanın agentura şəbəkəsi o qədər geniş yayılıb ki, almanlara Putinin planlarına qarşı mübarizədə liderlik mövqeyinə çıxmaq çətindir. Almaniyanın Sosial Demokratlar Partiyasından olan keçmiş kansleri Moskvanın maraqlarına lobbiçilik etdiyi üçün maaş almaqdan çəkinmir. Təəccüblüdür ki, Berlində bu adam hələ də qəbul edilir, Angela Merkel isə onun gördüyü işin heç də yaxşı bir iş olmadığını ifadə etməklə məhdudlaşır. Beləliklə, Polşa təbii olaraq Avropa İttifaqında lider dövlətə çevrilir və bu məsələdə ABŞ-ın dəstəyinə arxalana biləcəyi müsbət haldır. Təəssüf ki, Avropa İttifaqını Moskvadan heç bir asılılığı olmayan başqa bir dövlət tərk elədi. Mən Britaniya haqqında danışıram. Belə olan halda, Amerika rəhbərliyinin ikitərəfli müttəfiqlik əlaqələrinə üstünlük verməsinə baxmayaraq, NATO-nun Avropa üçün rolu daha da artır.

- Bu baxımdan Belarus ilə Rusiya arasındakı münasibətlərin pisləşməsi fonunda, PolşaABŞ-ın mövqelərinin bu ölkədə güclənəcəyini gözləmək olarmı?

- Belarus ilə Rusiya arasında münasibətlər pisləşir, çünki Belarus Ukraynadan sonra Rusiya tərəfindən şantaj olunan növbəti ölkədir. Moskva hesab edir ki, belaruslar və ruslar bir millətdir və bir dövlətdə - Rusiyanın tərkibində olmalıdırlar. Belarus rəhbərliyi başqa cür düşünür və imkan daxilində müstəqilliyinə dəstək axtarır - o cümlədən Polşada, Avropa İttifaqında və ABŞ-da. Rusiyanın ekspansionizmi və revanşizmi hər yerdə özünü göstərir: Qafqazda - Cənubi Osetiya və Abxaziya adlandırılan qondarma “respublikalar” yalnız kağız üzərində olan “respublikalardır”, amma əslində bunlar Rusiya tərəfindən işğal edilmiş ərazilərdir, Moldovada - Rusiya ordusu ölkənin şərq hissəsini, Dnestryanı bölgəni işğal edib, Ukraynada – Rusiya Krımı, Donetsk və Luqansk bölgələrini işğal altında saxlayır.

Və mən Azərbaycanın yerində olsaydım, özümü Rusiya revanşizmindən tam təhlükəsiz hiss etməzdim. Rusiyanın balıqçı tilovuna bağladığı soxulcan rolunu oynayan Dağlıq Qarabağ münaqişəsi nədir? Rusiya üçün bu, ikiüzlülük edərək, vasitəçi və sülhməramlı kimi görünməklə həm Azərbaycanı, həm də Ermənistanı öz təsir dairəsində saxlamaq üçün atılan bir addımdır. Bu barədə məndən soruşmasanız da, deyəcəyəm, çünki Şərqi Avropa haqqında danışırıq.

Şərqi Avropanın ən vacib strateji ölkəsi Ukraynadır. Rusiya onu ilhaq etmək istəyir, çünki Moskvada yaxşı başa düşürlər ki, Ukraynanın insan, təbii və iqtisadi resursları olmadan Rusiyanın dünya güclərindən birinə çevrilmək istəyi, bütün iddiaları gülünc və mənasızdır. Zbiqnev Bjezinski bu barədə 1994-cü ildə yazmışdı, amma məsələ aktuallığını bu gün də qorumaqdadır. Ukraynanın müstəqilliyini qorumağına və çiçəklənən bir ölkə olmasına kömək etmək, hər şeydən əvvəl, keçmiş Sovet imperiyası tərəfindən idarə olunan ölkələrin, o cümlədən Polşanın, Baltikyanı ölkələrin və Azərbaycanın maraqlarına uyğundur. Hələ ki bunu daha yaxşı ancaq başa düşürlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar