Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qaçqınkom” məmuru Hacıqulu Sadıqovun Praqada “torpaq həsrəti”  - Sənəd

Jurnalist Cavanşir Həsənli daha bir məmurun xaricdə şirkətinin olmasını üzə çıxarıb... 

Cavanşir Həsənli Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi ilə bağlı yaydığı məlumatda onun Çexiyada şirkət sahibi olduğunu bildirib:

“Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunda Hacıqulu Sadıqov adında bir idarə rəisi var, 3 il əvvəl xoşagəlməz əməllərinə görə Energetika Nazirliyindən qovulmuşdu. Nazirlikdə Dövlət Qaz Nəzarət İdarəsinin rəisi idi.

Amma deputat Mahir Abbaszadə Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna direktor təyin olunanda hardansa, necəsə (neçəyəsə demirəm) bu nadürüstü gətirib Fondun Texniki Nəzarət Qruplarının işi üzrə Əlaqələndirici İdarənin rəisi təyin edib.

Adam Çexiyada daşınmaz əmlak şirkəti açıb, evlər alıb. Şirkətinə də bir hissəsi hələ də işğal altında olan Füzuli rayonunun adını qoyub. Yəni “torpaq həsrəti” “Qaçqınkom” məmurunu Praqaya qədər aparıb çıxarıb.

Sənədlərə görə Bakı şəhəri Nərimanov 77/44-də yaşayan 1959-cu il təvəllüdlü Hacıqulu Sadıqov FÜZULİ SRO şirkətini 2016-cı ilin martında Prag, Modřany, Na schoddkách 134/6 ünvanında qeydiyyatdan keçirib. Bu ünvanda bir sıra məmurların, o cümlədən Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Vaqif Axundovun oğlu Murad Axundovun və Dövlət Gömrük Komitəsinin idarə rəisi Fərid Vəliyevin də şirkətləri hüquqi qeydiyyatdadır.

Hacıqulu Sadıqov Çexiyadakı şirkətini idarə etmək üçün Praqada yaşayan Həsən Hüseynov adlı şəxsə etibarnamə verib”.(AzToday.az)

pia.az 

Fotolar






Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar