Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şəmkirdə icra başçısı və polislər yas mərasimini belə dayandırdı - Video

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən rayonda koronavirus panidemiyasının yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir... 

İcra Hakimiyyətinin saytında verilən məlumata görə, iyulun 4-də Qərargaha rayonun Aşağı Seyfəli kəndində yas mərasimi keçirilməsinə cəhd olunması ilə bağlı məlumat daxil olub.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov və Rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıblar.

Mərasimi təşkil edən şəxslər cəzalandırılıb. Yas mərasimində iştirak edən kənd sakinləri barəsində də karantin qaydalarının pozulmasına görə tədbirlər görülüb.

Eyni zamanda qadağalara baxmayaraq mərasimində iştirak edən kəndin din xadimi hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə əsasən ölkəmizin hər yerində olduğu kimi, Şəmkir rayonunda da insanların 5 nəfərdən artıq biryerə toplanması, xüsusilə mərasimlərin keçirilməsi qəti qadağan edilir. Belə reydlər mütamadi keçiriləcək və bu kimi hallara yol verənlər haqqında ciddi cəza tədbirləri görüləcək.

piaaz




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar