Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Gəncədə rəhbər şəxslər mağazalarda reyd keçirdilər - Foto

Gəncədə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir...

Pandemiya ilə mübarizədə sakinlərin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı maarifləndirmə işləri çərçivəsində həyata keçirilən reyddə Gəncə Şəhər İcra Hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini Oktay Süleymanlı və Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov iştirak ediblər.

İstirahət günü olmasına baxmayaraq, rəsmilər şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən iri ərzaq mağazalarına baş çəkib, xüsusi karantin rejimi qaydalarına əməl olunmasını və sanitar gigiyeniq normalarının vəziyyətini araşdırıblar.

Reyd zamanı sözügedən məkanlarda Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin tələbləri ilə bağlı maarifləndirici söhbətlər aparılıb, müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi, sərtləşdirilmiş karantin rejiminin qaydalarına riayət etməyənlər barəsində qanunamüvafiq formada tədbirlərin görüləcəyi bir daha xatırladılıb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri tərəfindən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

Beynəlxalq bank da Əli Həsənovdan üz çevirdi - Foto

Statistikada Rauf Vəliyevin fəaliyyəti necə görünür? - Prezidentin tənqidindən yola çıxaraq...

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı iddialara reaksiya:"Yalandır, iftiradır..."

Azərbaycanda yenidən devalvasiya gözlənilir? – “Manatın taleyi bizi narahat edir”

loading...

Ən çox oxunanalar