Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şimali Koreya ABŞ ilə danışıqlara lüzum görmür - Açıqlama

Hazırda Pxenyanla Vaşinqton arasında danışıqlar prosesini bərpa etməyə ehtiyac yoxdur. Çünki ABŞ bundan yalnız “siyasi alət” kimi istifadə edir...

Azərtac Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadla xəbər verir ki, bu fikri KXDR Xarici İşlər nazirinin müavini Tsoy Son Xi səsləndirib. “Biz ABŞ ilə üz-üzə oturub danışıqlar aparmağa heç bir lüzum görmürük.

Çünki onlar ölkələrimiz arasında dialoqa yalnız daxili siyasi böhranı aradan qaldırmaq aləti kimi baxırlar”, – deyə diplomat bildirib.

Bu bəyanat ABŞ dövlət katibinin müavini Stiven Biqanın gələn həftə Cənubi Koreyaya nəzərdə tutulan səfəri ərəfəsində verilib. O, Seulda Şimali Koreya ilə dayandırılmış danışıqlar məsələsini müzakirə etmək niyyətindədir.

Son aylar KXDR-in Koreya Respublikası və ABŞ ilə münasibətləri pisləşib. İyun ayında rəsmi Pxenyan Seulla bütün mövcud rabitə kanalları üzrə təmasları dayandırdığını elan edib və koreyalararası əlaqələr ofisini partladaraq dağıdıb.

pia.az


Etiket: Şimali Koreya

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

"Deputatların bəziləri bu millətin qürurunu qırdı" - Rəşid Mahmudov

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

İlqar Məmmədov: “Altay Göyüşov “qədeşfason” bəyanatlar verməyə başlayıb”

loading...

Ən çox oxunanalar