Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Şərqi Aralıq dənizində Türkiyəyə qarşı böyük ittifaq: Çəkişmə davam edir...

Ankara ona qarşı olan ittifaqı pozmalı və öz qonşuları ilə razılığa gəlməlidir...

Armağan Kuloğlu
“Yeniçağ” qəzeti, Türkiyə, 3 iyul 2020-ci il

Türkiyə PKK ilə daxildə, İraqın şimalında və Suriyadakı PYD/PKK ilə isə faktiki olaraq müharibə aparır. Onları dəstəkləyən ABŞRusiya ilə də anlaşmazlıqlar baş verir.

Şərqi Aralıq dənizindəki regional sularda təbii sərvətlərə sahib olmaq uğrunda gedən mübarizədə isə Cənubi Kipr Blokuna, Yunanıstan, İsrail, Misir və onları dəstəkləyən AB və ABŞ-a qarşı uyğun olaraq hərbi gücü və diplomatiyası ilə savaş verir.

Şərqi Aralıq dənizindəki təbii sərbətlərə sahib olmaq uğrunda gedən mübarizəyə Liviya da əlavə olunub və Liviya mübarizənin mərkəzi halına gəlib. Türkiyə BMT-nin burada qanuni hökumət olaraq tanıdığı Sərrac hakimiyyətinə dəstək verir və təxribatçı Həftarı dəstəkləyən Rusiya, Misir, Fransa, Səudiyyə Ərəbistanı və BƏƏ də daxil olmaqla geniş bir cəbhənin hədəfinə çevrilib. Münaqişə sahəsi Liviyadan İraqa qədər dəniz ərazilərinə qədər uzanıb və bölgədən kənarda olan güclər də öz maraqlarını müdafiə etmək adı altında münaqişəyə daxil olaraq gərginliyin cografiyasını daha da genişləndiriblər.

Türkiyənin məqsədi siyasi və iqtisadi təhlükəsizliyini təmin etmək, milli hüquq və mənfəətlərinə sahib çıxmaqdır.

Beynəlxalq hüquq çərçivəsində milli hüquq və mənafelərinə zərər dəymədiyi müddətcə Türkiyə digər ölkələrə qarşı heç bir addım atmaz və atmamalıdır. Ancaq bir təhlükəsizlik problemi varsa və Türkiyənin hüquq və maraqları zərər görürsə, buna lazımi cavabı verməkdən də çəkinməz və çək6nməməlidir.

Türkiyə bu çərçivədə İraqSuriyadakı mübarizəsini davam etdirir və həmçinin, milli təhlükəsizliyinə, milli hüquq və mənafelərə sahib çıxaraq Şərqi Aralıq dənizində Liviyadan Suriyaya qədər geniş bir coğrafiyada mübarizəsini aparır.

Liviyadakı üstünlüyü gücləndirmək lazımdır

Liviyadakı qanuni hökumətlə əldə edilən razılaşmalardan sonra Türkiyənin hər cür dəstəyini alan Sərrac höküməti üstünlüyü ələ keçirib və Milli Razılıq Hökümətinin hərbi qüvvələri stratejik mənada hər iki tərəf üçün kritik mövqedə olan Siirtə yaxınlaşıb. Təxribatçı Həftar və onu dəstəkləyən ölkələr isə bundan narahatdır. Siirti itirəcəyi qorxusu ilə Həftar öz hamilərinin dili ilə atəşkəs tələb edib və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Həftar və hamilərinin əsas məqsədi tükənən qüvvələrini bərpa etmək, Siirt və ətrafını qorumaq və şərait əlverişli olduqda isə itirilmiş əraziləri geri qaytarmaqdır.

Bu məqsədlə Rusiya Həftara təyyarələr, hərbi ləvazimat və sursat göndərib, eyni zamanda Həftarln tərəfundə vuruşan “Wagner Group”dan olan muzdlu əsgərlərin sayını artırıb. Bundan əlavə, Sudan və Çaddan minlərlə muzdlu əsgər Liviyaya gətirilib və Benqazi ilə Sirt arasında yerləşdirilib.

İttifaqda çatlar meydana gəlir

Türkiyə Liviyanın qanuni hökumətinə dəstək verdiyi üçün onu hədəfə alan Fransa prezidenti Makron, eyni zamanda Həftara dəstək verdiyinə görə mükafatlandırılan rus muzdlu əsgərlərinin bölgədəki neft yataqlarına yerləşdirilməsini qınayıb və Liviyadakı xarici qoşunların çıxarılması üçün çağırış edib.

Beləliklə, Fransanın Liviyada müstəmləkəçilik ənənələri əsasında öz maraqlarını izlədiyi ortaya çıxıb. Liviya münaqişəsinə görə isə Makron Fransa mətbuatında müxtəlif istiqamətlərdən tənqidlərə məruz qalır.

Xarici İşlər Nazirləri səviyyəsində keçirilən Ərəb Dövlətləri Liqasının fövqəladə toplantısında isə Liviya, Tunis, Qətər və Somali kimi ölkələr isə təşkilatın Liviyanın qanuni hökumətinə qarşı olan bəzi qərarlarına veto qoyaraq Sərrac hökumətini dəstəkləyiblər.

İttifaqı daraltmaq lazımdır

Yunanıstan Türkiyənin Liviyadakı varlığından narahat olaraq, Misirin Livandakı maraqlarının ayaq altına atıldığını önə sürərək, Sisini qızışdırıb. Həmçinin Yunanıstan İtaliya ilə dənizdəki regional sularda əməkdaşlıqla bağlı müqavilə imzalayıb və indi də Misir və Albaniya eyni səpkidə razılaşma əldə etmək ehtimalı var. Buna Cənubi Kipr Bloku ilə əldə edə biləcəyi razılaşma da əlavə edilsə, o zaman Türkiyənin Şərqi Aralıq dənizindəki regional sulardakı mövqeləri sarsılar və Türkiyə Şərqi Aralıq dənizində mühasirəyə alınmış vəziyyətə düşər. Türkiyənin Şərqi Aralıq dənizində təklənməsi baş verərsə, onda bütün regionda vəziyyətinin ağırlaşması qaçınılmaz olacaq.

Bu vəziyyətdə Türkiyə ideoloji yanaşmalardan və inadkarlığından imtina etməli və Şərqi Aralıq dənizi ölkələri ilə diplomatik əlaqələri gücləndirərək bu cəbhəni daraltmalı və vəziyyəti öz xeyrinə dəyişməlidir. Xüsusilə Misir inanmalıdır ki, Türkiyə “Müsəlman Qardaşlar”ını müdafiə etmir və Liviyada Misirun maraqlarını qorumağa hazırdır. Türkiyə Misiri inandırmalıdır ki, Şərqi Aralıq dənizində öz maraqlarını qorumaqla yanaşı, Misirin də maraqlarını müdafiə edəcək və Qahirə ilə Ankara arasında regional sularda əməkdaşlıqla bağlı müqavilə imzalamalıdır.

Türkiyə İsrail, Livan və hətta Suriya ilə eyni şəkildə razılaşma yollarını axtarmalı və faktiki müdaxilələrlə yanaşı, diplomatiyanı da səfərbər edərək Liviyadan Suriyaya qədərki “Mavi Vətənə” sahib çıxmalıdır.

Əlbəttə ki, Yunanıstanın qeyri-qanuni şəkildə işğal etdiyi Egeydəki 18 adanın geri alınması üçün də Yunanıstana öz başa düşdüyü dildə cavab verilməlidir. Onların bu adalarda gördüyü işlər, axırıncı dəfə Yunanıstan prezidentinin Eşşək adasına gəlişi və 16 ildir burada olduqlarını iddia etməlsi Türkiyənin beynəlxalq imicinə ağır zərbə vurur.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az



Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

Beynəlxalq bank da Əli Həsənovdan üz çevirdi - Foto

Statistikada Rauf Vəliyevin fəaliyyəti necə görünür? - Prezidentin tənqidindən yola çıxaraq...

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı iddialara reaksiya:"Yalandır, iftiradır..."

Azərbaycanda yenidən devalvasiya gözlənilir? – “Manatın taleyi bizi narahat edir”

loading...

Ən çox oxunanalar