Çərşənbə, 12 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq” - ABŞ səfiri 

“Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”... 

Səfir ABŞ dövlətinin çətin və uzunmüddətli mübarizədən sonra yaradıldığını vurğulayıb: "Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal hüquq və azadlıqlarına hökumət tərəfindən hörmət ilə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur. ABŞ Konstitusiyasının daxilində əks olunmuş “Hüquqlar haqqında qanun” imkan verir ki, bu gün vacibliyi barədə danışdığımız, hər bir kəsin malik olduğu sözügedən hüquqlara hökumət tərəfindən hörmət olunsun və əsas azadlıqların qorunmasını təmin etsin. Sözügedən Birliyin daha mükəmməl edilməsinə dair iş hətta 244 il keçdikdən sonra da davam edir”.

Səfir bu fikrinin davamı olaraq bildirib: “Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar”.

Li Litzenberger ABŞ-ın iyulun 4-də bu istiqamətdə üzərinə götürdüyü öhdəliyə sadiqliyini yenidən bəyan edəcəyini söyləyib və əlavə edib: “Bizim azərbaycanlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm”.

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald TrampaMüstəqillik Günü münasibəti ilə təbrik məktubu göndərib.

O, iki ölkə arasında 30 ilə yaxındır uğurlu əməkdaşlıq münasibətləri olduğunu, ABŞ şirkətlərinin Azərbaycanda enerji sektorunun, informasiya-kommunikasiya texnologiyalarının və digər sahələrin inkişafında mühüm rol oynadığını qeyd edib. Dövlət başçısı eyni zamanda, beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizə sahəsində də iki ölkə arasında “nümunəvi əməkdaşlıq əlaqələri” qurulduğunu bildirib.

“Ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktının prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində tezliklə ədalətli həlli istiqamətində səylərini daha da artıracaqdır", - məktubda bildirilir.

pia.az 


Etiket: Səfir


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

15 yaşlı qızı hamilə buraxan müəllimə inanılmaz "ağır cəza" kəsildi - 1 il həbs

Beynəlxalq bank da Əli Həsənovdan üz çevirdi - Foto

Statistikada Rauf Vəliyevin fəaliyyəti necə görünür? - Prezidentin tənqidindən yola çıxaraq...

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı iddialara reaksiya:"Yalandır, iftiradır..."

Azərbaycanda yenidən devalvasiya gözlənilir? – “Manatın taleyi bizi narahat edir”

loading...

Ən çox oxunanalar