Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir" - ÜST  

“Bir çox ölkələrdə koronavirusa yoluxma sayının artması hamının ehtiyat etdiyi ikinci dalğa deyil, əksinə ilk dalğanın ikinci pik həddidir”... 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Hallar Proqramının direktoru Mayk Rayn deyib.

ÜST rəsmisinin sözlərinə görə, ölkələr yoluxma hallarının artımında qeydə alınan pik dalğalanmalara hazır olmalıdır: “Dövlətlər xəstəliyin mümkün olduğu qədər daha güclü şəkildə qarşısını almağa çalışmalıdırıar. Əgər ikinci böyük dalğa olarsa ölkələr onun qarşısını almaq məsələsində ilk dalğadan lazımlı dərsləri öyrənmiş olmalıdırlar. Yoluxma halları ilə mübarizə aparmaq üçün vaxtında xəstə sayını aşkar edə bilmək və səhiyyə sistemini gücləndirmək əsasdır”.

COVID-19 peyvəndinin sürətli şəkildə istifadəyə veriləcəyinə böyük ümid bəsləməməyə çağıran M.Rayn vurğulayıb ki, indi kütləvi peyvəndləmə işlərinin nə zaman başlayacağını demək mümkün deyil: “İlin sonuna qədər bir peyvənd sınaqdan keçirilmiş ola bilər. Əsas məsələ isə peyvəndin kütləvi istehsalının nə qədər müddət alacağıdır. Ancaq bu gün üçün hər hansı peyvənd yoxlanışı aparıımayıb və ya virus üzərindəki hansısa təsiri araşdırılmayıb”.

Xatırladaq ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus isə qurumun Cenevrədə baş tutan mətbuat konfransında COVID-19 xəstələrinin müalicəsində təsirli olacaq dərmanlarla bağlı aparılan araşdırmaların ilk nəticələrinin iki həftə ərzində məlum olacağını bildirib.

pia.az 


Etiket: ÜST


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar