Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Sizin məqsədiniz məni dövlətlə üz-üzə qoymaqdır?" - Mübariz Mənsimov

Mübariz Mənsimov açıqlama yaydı...

Türkiyədə həbsdə olan "Palmali" şirkətlər qrupunun prezidenti ictimaiyyətə məktub ünvanlayıb.

PİA.az-ın xəbərinə görə, məktubda deyilir:

"Mən hər gün vəkillərin vasitəsilə baş verənlərdən xəbərdar oluram. Baxıram ki, mənim son məktubum bəzi insanlar tərəfindən yanlış anlaşılıb. Bəziləri isə, bu məktubu istədikləri kimi görmək və şərh etmək istəyiblər. Mənim dostlarıma və məni tanıyan insanlara giley-güzarımı fərqli şəkildə təqdim edib, buna siyasi don geyindirməyə cəhd edənlərə üzümü tutub deyirəm:

Mən heç bir zaman siyasətçi olmamışam və olmaq niyyətim də yoxdur. Siz mənim məktublarımı alıb onlara istədiyiniz rəngi verirsiniz. Bu azmış kimi, bəziləri guya məni müdafiə edir, əslində isə, tam əksinə, məni hədəfə çevirirlər. Xaricdə yaşayan mühacir blogerlər: Sizin məqsədiniz məni dövlətlə üz-üzə qoymaqdır? Əsla! Mən hər zaman dövlətimin və prezidentimin yanında olmuşam və bundan sonra da belə olacaq. Mənim məktubumu əlinizdə bayraq edib nalayiq söyüşlərlə, əsası olmayan çağırışlarla yayınlarınızdan guya Mübariz Mənsimovu müdafiə edirsiniz. Lakin bütün bunlar nə mənə, nə də mənim azadlıqda olmağımı istəyənlərə lazımdır.

Mən heç bir zaman xaricdə oturub əxlaqsız ifadələrlə, ana-bacı bilməyən, söyüşlərlə xalqın adından danışanları dəstəkləmədim və bundan sonra da dəstəkləmərəm. Mən açıq və aydın şəkildə hər şeyi izah edirəm: məktubuma siyasi rəng verərək məni öz alətinizə çevirib özünüzü reklam etməyin. Mən, Mübariz Mənsimov, iş adamıyam. Mənim duruşum da, baxışım da hər kəsə bəllidir. Mən, nə olursa olsun, Azərbaycan dövlətinə və dövlətçiliyinə zərrə qədər də xələl gətirməsini heç kimə müsaidə etmərəm. Azərbaycan mənim vətənimdir. Azərbaycanın inkişafı və rifahı, hər bir vətəndaş kimi, mənim də başımın ucalığıdır".(Pravda.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar