Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Musa Musayevdən Siyavuş Novruzova cavab

Hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, keçmiş icra başçısı Musa Musayev partiyadaşı, deputat Siyavuş Novruzovun ittihamlarına cavab verib...

O, Yenisabah.az-a açıqlamasında bildirib ki, Siyavuş Novruzov faktları təhrif edib.

Siyavuş Novruzov deyir ki, mən əmimoğlum Alqış Musayevin irəli getməsinə mane olmuşam. Amma yaxşı bilir ki, 2000-ci ildə partiyanın proposional siyahısında mən 15, Alqış Musayev isə 19-cu yerdə idi. Həmin seçkilərdə YAP-dan proporsional qaydada 16 nəfər seçildi. Ona görə də Alqış Musayev bu siyahı üzrə parlamentə düşə bilmədi. Burada mənim hansı maneə yaratmağımdan söhbət gedə bilər ki?

Digər tərəfdən, Alqış Musayev proporsional qaydada seçilməsə də, 2001-ci ildə Diasporla İş üzrə Komitənin yaranmasından sonra Nazim İbrahimov həmin qurumun sədri təyin edildi. Onun deputat yeri boş qaldı və Alqış Musayev təkrar seçkilərdə namizədliyini irəli sürüb deputat seçildi. Siyavuş Novruzov bunları çox yaxşı bilir”, - deyə Musa Musayev qeyd edib.

Keçmiş icra başçısı onu da bildirib ki, Alqış Musayevlə münasibətləri çox yaxşıdır. Siyavuş Novruzovun “YAP-da Alqışın xidməti var, nəinki Musa Musayevin” fikrinə gəlincə, Musa Musayev deyib: “Mən YAP-ın qurucularından biriyəm. Partiyanın qurulmasında fəal iştirakım olub, Nəsimi təşkilatını mən yaratmışam. Məgər Siyavuş Novruzov bunları bilmir?”

Musa Musayev Alqış Musayevə qarşı oyunlarda iştirak etməsi barədə partiyadaşının dediklərini də əsassız adlandırıb. “Siyavuş Novruzov açıqlasın görək hansı oyundan söhbət gedir, Alqış Musayevə kimlər oyun qurmuşdu? Bunlar hamısı əsassız ittihamlardır”, - deyə keçmiş icra başçısı vurğulayıb.

Xatırladaq ki, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Musa Musayevin partiya barədə tənqidi fikirlərinə münasibət bildirərkən deyib ki, onun başqalarını ittiham etməyə haqqı yoxdur. “Başqalarına onun özündən çox haqsızlıq edən adam olmayıb” deyən Siyavuş Novruzov Musa Musayevi öz əmisi oğlu Alqış Musayevin haqqına girməkdə də ittiham edib: “YAP-da Alqışın daha çox xidməti var, nəinki Musa Musayevin. Bu, o qədər ədalətsiz adamdır ki, öz əmioğlusunun irəli getməsinə imkan verməyib, ona qarşı oyunlarda iştirak edib. Alqış Siyasi Şuraya düşməli, proporsional seçkidə siyahıya salınmalı idi, imkan vermədilər. Musanı irəli verdilər. İndi də durub haqdan, ədalətdən danışır”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar