Çərşənbə, 05 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

“Xınalıq” UNESKO-nun Dünya İrs Siyahısına namizədlik üçün İlkin Siyahıya salınıb

Dövlət Turizm Agentliyinin tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESKO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib...

Agentlikdən verilən məlumata görə, Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESKO-nun Azərbaycan üzrə Milli Komitəsi və Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESKO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin Siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən Dünya İrs Komitəsi öncə dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

pia.az


Etiket: “Xınalıq”


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Gömrük generalı İsmayıl Hüseynovla bağlı araşdırma başlandı - Təfərrüat

İlham Əliyev və Mehriban Əliyeva Yasamalda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olub - Foto, Yenilənib

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi - Video, Foto, Yenilənib

"Azərbaycanfilm"-ə məxsus torpaq sahəsini özəlləşdirilməsinə icazəni Əbülfəs Qarayev veribmiş

Akim Bədəlovun Almaniyada yeni şirkətləri üzə çıxdı - Həyat yoldaşı milyonerdir...

“Niyə adamlar vəzifəyə gedəndə insanlığı düşürüb itirirlər?!” – Sahil Babayevin müavininə sərt tənqid

Lukaşenko hansı səbəblərdən Rusiya ilə yollarını ayırmaq istəyir?

Lukaşenko Rusiyaya xəbərdarlıq etdi: “Vəziyyət Vladivostoka qədər ağırlaşa bilər”

Gültəkin Hacıbəyli: “Karantinin uzanması bizə sərf edir” - Video

Nazirdən qeyri-ərzaq malları mağazalarının fəaliyyətinin bərpası ilə bağlı mühüm açıqlama

loading...

Ən çox oxunanalar