Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şənbə-bazar şəxsi maşınların hərəkətinə icazə veriləcək - Açıqlama

Xəbər verdiyimiz kimi, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, SiyəzənŞəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Nazirlər Kabineti yanından Operativ Qərargahdan verilən məlumata görə, 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır. Eyni zamanda süsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək).

Qərar ictimai nəqliyyatın fəaliyytinə şamil olunsa da, vətəndaşlar həftəsonu fərdi nəqliyyat vasitələrindən və ya taksilərin fəaliyyətindən istifadə edib-edə bilməyəcəkləri ilə bağlı narahat olub.

“Yeni Sabah” xəbər verir ki, e-huquq.az məsələni dəqiqləşdirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevlə əlaqə saxlayıb. K.Əliyev bildirib ki, Nazirlər Kabineti Operativ Qərargahın tətbiq etdiyi qadağalar ictimai nəqliyyatla bağlıdır və taksilərin fəaliyyətinə tətbiq olunmayacaq.

Şöbə rəisi həmçinin, maşında tək olan sürücünün tibbi maskadan istifadəsinin məcburi olub-olmaması barədə sualı da cavablandırıb. K.Əliyev qeyd edib ki, şəxsi maşında maskanın taxılması məcburi deyil və inzibati məsuliyyət yaratmır.

"Ailə üzvləri ilə birgə olanların da maska taxmasının bir əhəmiyyəti yoxdur. Çünki onlar bir evdə yaşayanlardır. Onların bir-birini yoluxdurmaq ehtimalı nə qədər yüksəkdirsə, bir o qədər də sıfıra bərabərdir. Yəni, əgər yoluxmayıblarsa. Amma kənar şəxslər olduqda, sürücü özü məsuliyyətli olmalıdır. Düşünməlidir ki, bu, mənim iş yoldaşımdır, qonşumdur və ya qohumumdur, mən onu yoluxdura bilərəm, yaxud o məni yoluxdura bilər. İnsan özü bunu düşünüb maskadan istifadə etməlidir. Bu, artıq sosial izolyasiya məsafəsinin pozulmasıdır", - deyə K.Əliyev qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar