Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın valyuta ehtiyatları ilə bağlı açıqlama

Azərbaycan hökuməti malik olduğu valyuta ehtiyatları, makroiqtisadi idarəetmə çərçivəsi və makroiqtisadi idarəetmə orqanları arasında formalaşan effektiv koordinasiya mühiti makroiqtisadi stabilliyi qoruyub saxlamağa imkan verir...

"Caspian European Club"dan (CEC) Pravda.az-a verilən məlumata görə, bunu CEC tərəfindən təşkil olunan onlayn B2G forum çərçivəsində Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Ziya Əliyev deyib.

Onun sözlərinə görə, artıq valyuta bazarı sabitləşib və bu sahədə neqativ iqtisadi gözləntilər xeyli azalıb.

Öz növbəsində AMB-nin digər baş direktoru Rəşad Orucov koronavirus pandemiyasının, dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluğa və sahibkarlara mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq edilən Tədbirlər Planı ilə uzlaşdırılmaqla Mərkəzi Bank tərəfindən qəbul edilən dəstəkləyici tədbirlər haqqında forum iştirakçılarına geniş məlumat verib.

"Mərkəzi Bank tərəfindən qəbul edilən requlyativ qərarlarla pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün kreditlərinin restrukturizasiya imkanları yaradılıb. İndiki dövrdə üzərinə böyük yük düşən və iqtisadiyyatın maliyyələşdirilməsində rolu əhəmiyyətli dərəcədə artan maliyyə sektoru təmsilçilərinin dayanıqlılığına və sağlamlığının qorunmasına yönəldilən bir sıra tədbirlər görülür", - deyə R. Orucov qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar