Çərşənbə axşamı, 11 Avqust 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

OPEK+-da qarşıdurma: “Neft müharibə”si yenidən başlayır?

OPEK+-da baş verənlər fonunda “neft müharibə”sinin yenidən başlama ehtimalı varmı və yeni “müharibə” neft bazarına necə təsir edə bilər?.. 

Neft sənayesi üzrə ekspert: “May, iyun ayında neftin qiymətinin artmasından istifadə edib Anqola və Nigeriya OPEK+çərçivəsində öhdəlikləri yerinə yetirmək istəmirlər”.

“Həmin ölkələrin nə qədər qazanc əldə etdikləri məlum olacaq. Bundan sonra həmin qazancı sanksiyalaşdırıb ölkələrin əlindən ala bilərlər”.

Bu sözləri Neft sənayesi üzrə ekspert İlham Şaban yenidən “neft müharibə”sinin başlanma ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Səudiyyə Ərəbistanı OPEK+ ölkələrinə ultimatum verib. Rəsmi Ər-Riyad Azərbaycanın da üzv olduğu sazişin bəzi ölkələr tərəfindən pozulduğunu, onların neft hasilatını azaltmadıqlarını bildirib.

Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz ben Salman Anqola və Nigeriyaya ultimatum irəli sürüb. O, hər iki ölkənin hasilatını azaltmadığı üçün əlavə kompensasiya ödəməli olduğunu deyib. Bundan başqa, həmin ölkələrin neft satışını pozmaq üçün müştəri ölkələrə daha ucuz qiymətə “qara qızıl” satacaqları ilə hədələyib.

Xatırladaq ki, dünya bazarlarında qeyri-müəyyənlik martın 6-da başlayıb. OPEK+ ölkələrinin neft hasilatı ilə bağlı yekun qərar verə bilməməsi qiymətləri 30% ucuzlaşdırmışdı.

Bəs “neft müharibə”sinin yenidən başlama ehtimalı varmı və yeni müharibə neft bazarına necə təsir edə bilər?

Mövzunu PİA.az-ın əməkdaşı Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban ilə müzakirə edib.

İlham Şaban: “OPEC-ə daxil olmayan ölkələr də hasilatı azaldıblar. Bu Norveçdən tutmuş ABŞ-a qədər olan ölkələri əhatə edir”.

Anqola və Nigeriyanın OPEK+ çərçivəsində öhdəlikləri yerinə yetirməyə istəmədiklərini vurğulayan neft sənayesi üzrə ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, həmin ölkələr bir qədər artıq gəlir əldə etmək istəyir. Bununla da özlərinin iqtisadi durumlarını bir qədər yaxşılaşdırmaq istəyirlər:

Baxır bu “müharibə” hansı oyunçular arasında başlaya bilər. Anqola və Nigeriya elə ölkələrdir ki, onların iqtisadiyyatı pandemiya vaxtı acınacaqlı vəziyyətə düşüb. Ümumiyyətlə Anqolanın adı on illiklər boyu ancaq insan haqlarının pozulması, kütləvi iğtişaşlar, əhalinin sosial-iqtisadi vəziyyətinin pis olduğu ölkə kimi çəkilir.

İndi də may, iyun ayında neftin qiymətinin artmasından istifadə edərək Anqola və Nigeriya OPEK+çərçivəsində öhdəlikləri yerinə yetirmək istəmirlər. Çünki həmin ölkələr bir qədər artıq gəlir əldə etməyə çalışırlar. Bununla da özlərinin iqtisadi durumlarını bir qədər yaxşılaşdırmaq istəyirlər.

6 iyun OPEK+ çərçivəsində həyata keçirilən görüşə nəzər salanda görünür ki, hər bir ölkə qəbul edilən qərara heç bir narazılıq etmədən səs verib. Bundan sonra OPEK-in rəhbəri bəyanatla çıxış etdi. Bəyanatda bildirildi ki, hansı ölkələr nəzərdə tutulmuş hasilat kvotasına əməl etməsələr, onlar sonrakı aylarda hasilat artırılsa belə, öz hasilatlarını aşağı salmaq məcburiyyətində qalacaqlar.

İlham Şaban: “Hesablamadan sonra hansı ölkələrin bazara nəzərdə tutulmuşdan çox neft çıxardığı məlum olacaq”.

Həmçinin indi məsələ daha ciddidir. Çünki hasilatın azaldılmasında təkcə OPEK+ formatında - yəni 13 ölkə və 10 ölkədən söhbət getmir. OPEC-ə daxil olmayan ölkələr də hasilatı azaldıblar. Bu Norveçdən tutmuş ABŞ-a qədər olan ölkələri əhatə edir.

Hesab edirəm ki, onlar dəqiq hesablama aparacaqlar. Bu hesablamadan sonra hansı ölkələrin bazara nəzərdə tutulmuşdan çox neft çıxardığı məlum olacaq. Həmçinin həmin ölkələrin nə qədər qazanc əldə etdikləri də məlum olacaq. Bundan sonra həmin qazancı sanksiyalaşdırıb ölkələrin əlindən ala bilərlər.

Ona görə də hesab etmirəm ki, bu gərginlik yeni “müharibə”yə səbəb olsun. Anqola və Nigeriyanın neft bazarındakı payları isə birbaşa qiymətə təsir edə bilməz. RusiyaABŞ kimi böyük neft hasilatçıları, o cümlədən Səudiyyə Ərəbistanı neft bazarında qiymətlərə təsir edən əsas oyunçulardır”.

Nərminə UMUDLU
pia.az


Etiket: OPEC


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

“Azərsu” rəhbərinin oğlunun hektarlarla badam bağları üzə çıxdı – Foto

Səfirlərin “qara siyahısı” - Kimlər geri çağrılacaq?..

“Uşaqpulu verilməlidir” – Deputatdan Mirşahinə cavab

"Deputatların bəziləri bu millətin qürurunu qırdı" - Rəşid Mahmudov

Afina həddini aşdı: Aralıq dənizində atışma - 1 türk gəmisi batdı

“Millətə dilənçi kökündə əmək haqqı verilməməlidir, 250 manat maaşmı olar?”

Azərbaycan Sənaye Korporasiyası ASC-də “papağı günə verənlər“

Ziya Məmmədov Ramiz Mehdiyevin müdafiəsinə qalxdı

Belarus seçkilərinin Tixanovskaya surprizi...21-ci əsr siyasətində nələr baş verir?

İlqar Məmmədov: “Altay Göyüşov “qədeşfason” bəyanatlar verməyə başlayıb”

loading...

Ən çox oxunanalar